"Tofiq Yaqublunun səhhəti stabildir. Hazırda müəyyən dəstək müalicəsi gedir, hər hansı ağırlaşma, fəsad yoxdur". SİA xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O, həmçinin bildirib ki, hər halda Tofiq Yaqublu daha etibarlı yerdədir".
Xatırladaq ki, bindan öncə Penitensiar Xidmətdən verilən açıqlamaya görə, T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – "City Hospital"a köçürülüb.
"Adil Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında "City Hospital"da davam etdiriləcək", Penitensiar Xidmətdən bildirilmişdi.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB