“Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Sabah Bakıda "Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir Azərbaycan Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü ilə "Ratunda, Landmark"da baş tutacaq.
Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, beynəlxalq konfransda ATƏT-in Bakı ofisinin və Mətbuat Şurasının rəhbərliyi ilə yanaşı, beynəlxalq və yerli media ekspertlərinin, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyotoviçin, Azərbaycanın dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, beynəlxalq konfrans Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə diffamasiya təşəbbüslərinin sürətləndirilməsini və jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan birgə birgə layihəsi əsasında keçirilir. Tədbirdə əsas müzakirə mövzusu təşkilatçı qurumların diffamasiya ilə bağlı hazırladıqları qanun layihəsi olacaq. Konfransın gündəliyinə həmçinin "İfadə azadlığının təmin edilməsində qanunvericilik islahatlarının əhəmiyyəti", "Media və ifadə azadlığını müdafiə" mövzusunda məruzələr və məsələ ətrafında müzakirələr daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB