Tofiq Yaqublunun “ssenarisindən” kimlər bəhrələnir? TƏRS BAXIŞ
Və ya ac, bir-birini leş üstündə didib-parçalamağa hazır olan giyenlər kimi!
Məlum olduğu kimi, bəlli cinayət əməlinə görə məhkəmə tərəfindən cəza hökmü çıxarılmış müsavatçı funksioner, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu bir neçə gündür ki, aclıq elan edərək xarici təşkilatların diqqətini öz üzərinə çəkməyə, bu vasitə ilə bəlli dairələrin diktələri ilə oyun oynamaqda davam edir. Lakin məsələ Tofiq Yaqublunun özünü ictimai rəyə “dönməz”, “əyilməz” kimi sırıyıb təmsil olunduğu radikal düşərgənin hesabına xal qazandırmasında deyil, məsələ məhz Tofiq Yaqublunun üzərindən xal toplamağa çalışanların mövcud prosesdə hansı addımlar atmasındadır.
Ölkəmizdə kateqoriyasından, siyasi baxışından, vəzifəsindən asılı olmayaraq, qanunları pozan istənilən şəxs, məhz qanun qarşısında da cavab verir
Biz bu günlər ərzində şahidi olduq ki, Tofiq Yaqublunu ombudsman ziyarət edib və eyni zamanda, onun Qarabağ veteranı olması nəzərə alınmaqla, əfv olunması üçün işçi qrup tərəfindən müraciət olunub. Yəni Yaqublunun siyasi baxışı burada heç bir rol oynamır. Cinayət törədib, cəzasını alıb və o da sirr deyil ki, ölkəmizdə kateqoriyasından, siyasi baxışından, vəzifəsindən asılı olmayaraq, qanunları pozan istənilən şəxs, məhz qanun qarşısında da cavab verir. Bəli, müəyyən məsələlər, yüngülləşdirici hallar dövlətimizin humanizm siyasəti kontekstində nəzərə alınır. Ancaq bu, o demək deyil ki, Tofiq Yaqublunun aclıq ssenarisi dövlətin maraqları əleyhinə istifadə olunsun və Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, eləcə də onların xarici ölkələrdəki “mətbuat katibləri” – Qənimət Zahid, Sevinc Osmanqızı və s. kimi ünsürlər sözügedən ssenaridən maddi və s. dividentlər əldə etsinlər.
Kim itirəcək və kim qazanacaq?
Bəs biz nəyi müşahidə edirik? Onun ailəsi, xüsusilə qızı kameralar qarşısında əməlli-balı şou göstərir. Əli Kərimli də bütün gücünü səfərbər edir klaviatura üzərinə, başlayır “məzlum” tamaşasını göstərməyə. Məlum züy tutanları da onun kimi. Tutaq ki, Tofiq Yaqublu keçirdiyi aclıq oyunbazlığından ciddi ziyan çəkdi və səhhəti ağırlaşdı, hətta daha betəri baş verdi. Sual yaranır ki, belə olan vəziyyətdə kim itirəcək? Təbii ki, ilk növbədə Yaqublu öz həyatını, ailəsi isə ailə başçısını!
Onda ikinci bir sual meydana çıxır ki, yaxşı bəs, qazanc əldə edənlər kimlər olacaq? Söz yox ki, Tofiq Yaqubluya “davam elə”, “dayanma” kimi siqnal ötürən Əli Kərimli və bəlli ətrafı. Artıq AXCP sədri həmin məsələdə ilk qazancını əldə edib belə - o, Gulbenkyan Fondu tərəfindən dolayı yolla dəstək alıb. İndi gəlsin və sübut etsin ki, Əli Kərimli erməni lobbisinin nökəri deyil və onun üçün insan həyatı hər zaman axırıncı planda olub, eləcə də Tofiq Yaqublu...
Lakin o, eyni zamanda, yağlı tikədir və bu tikədən “Milli Şura”nın və tərəfdarlarının hamısı dadmağa çalışırlar. Ac, bir-birini leş üstündə didib-parçalamağa hazır olan giyenlər kimi!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB