Aleksandr Rıbak: “Eldar və Nigarın ifaları, səhnə performansları “Eurovision” yarışmasının formatına tam uyğundur”- FOTO

Aleksandr Rıbak: “Eldar və Nigarın ifaları, səhnə performansları “Eurovision” yarışmasının formatına tam uyğundur”- FOTO
"Eurovision 2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak Reyn sahilində Azərbaycan təmsilçiləri Eldar və Nigar ilə görüşüb, onlara uğurlar arzulayıb. SİA-nın müsabiqənin ölkəmizdəki fan klubu olan Ogae Azərbaycan-a istinadən verdiyi məlumata görə, Ribak bildirib ki, Azərbaycanı təmsil edən duet onun favoritlərindən biri hesab olunur.

O həmçinin vurğulayıb ki, təmsilçilər ifaçı olaraq bir-birilərinə çox yaraşırlar, həm görünüş, həm də səs olaraq bir-birlərini tamamlayırlar: "İfaları, səhnə performansları "Eurovision" yarışmasının formatına tam uyğundur. Mahnınızdakı nostalji hissləri bəyənirəm və bu mahnı bu il üçün ən uğurlu mahnılardan olacaq".

Qeyd edək ki, sonra ifaçılar zarafatlaşıb və şəkil çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə