Fikir verirsinizsə, cərəyan edən məlum ölkədaxili proseslərdən sonra, sosial şəbəkələrdə oturaraq, ard-arda dövlətçiliyimiz əleyhinə danışanların daha bir qapıları bağlanıb. Daha dəqiq desək, Qənimət Zahid, Servinc Osmanqızı, Qurban Məmmədov və başqaları “şok xəbər”, “dəhşətli yeniliklər”, “ilk informasiya” kimi başlıqlarını eksklüziv olaraq yaya bilmirlər. Bunun isə səbəbi var, özü də çox bəsit səbəbdir – artıq dövlətin, hakimiyyətin daxili sirlərini, onlara əvvəlcədən çatdıranlar daha yoxdur. Bundan sonra da olmayacaq. Artıq nə agent var, nə də çuğulçu...
Xain informatorlar özlərini “təmizə çıxarmaqla” məşğuldurlar
Halbuki, bir neçə ay əvvəl sinəsinə döyüb, gur-gur guruldayan Qənimət Zahidin indi heç bir “etibarlı mənbəsi” yoxdur və o da qalıb canlı yayımlarında nala-mıxa döyəcləməyə. Hətta Əli Kərimlinin trolları da tələb edirlər ki, bəs “ay Qənimət, son bir neçə aydır ki, heç bir eksklüziv yaymırsan, nə oldu..?”
Başından yekə-yekə danışan Qənimət isə susur. Elə gözlərini əyib özünü “ağıllı” göstərməklə, əslində siyasi kuklalıq edən Sevinc Osmanqızı da, danışanda ağzına çullu dovşan yerləşməyən Qurban Məmmədov isə, ümumiyyətlə susur!
Onların nə mənbələri, nə çuğulçuları, nə donosçuları qalmayıb. İndi həmin şəxslər – yəni xain informatorlar özlərini “təmizə çıxarmaqla” məşğuldurlar. Hətta “aydan arı, sudan duru”, “dövlətçi”, “sadiq” olduqlarını “sübut” etməkdən ötrü medianın bəzi künc-bucaqlarında qalan “sədaqətliləri” vasitəsi ilə “sudan quru çıxmağa çalışırlar”.
Od sönüb, hətta külü də qalmayıb ki, barı onunla başlarını qatsınlar...
Beləliklə, hələ aylar, illər əvvəl Qənimətin, Sevincin, Qurbanın və s. blogerlərin qurbağa göllərinə daş atılıb. Həmin daş eyni zamanda, qurbağa gölündən rikoşet verməklə, sözügedən “eksklüzivçilərin” başlarına da dəyib. Ha vurnuxurlar, ha cəhd edirlər, ortaya nə isə “şok xəbər” çıxarmağı bacarmırlar. Çörəkləri kəsilib, suları da quruyub...
Ancaq bu məsələdə əsas budur ki, heç nə əvvəlki kimi deyil və heş olmayacaq da. Artıq xainlərin, özlərini sədaqətli göstərib saman altından su yeridənlərin aqibətləri məlum olduğu kimi, Avropada oturub canlı yayıma çıxaraq guya “məharətli”, ya da “peşəkar” informatorluqlarının da aqibətləri məlumdur. Od sönüb, hətta külü də qalmayıb ki, barı onunla başlarını qatsınlar...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB