İran prezidenti Mahmud Əhmədinejat Türkiyə prezidenti Abdullah Güllə bağlı qapılar arxasında görüş keçirib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, daha sonra Mahmud Əhmədinejat Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşüb. Görüşlər barəsində ətraflı məlumat verilmir.
Qeyd edək ki, hazırda Türkiyədə BMT-nin 4-cü ən az inkişaf etmiş ölkələr konfransı öz işinə başlayıb. BMT-nin 4-cü konfransında qurumun baş katibi Pan Gi Mun, 50 dövlətin rəhbəri, 10 vitse-prezident, 94 nazir və 47 beynəlxalq təşkilat sədri iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB