Ermənistanda siyasi qüvvələr arasında müzakirələr aparılır. SİA Ermənistana məxsus aysor.am-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Mikael Melkumyan “Çiçəklənən Ermənistan”, “Vətən” və “Daşnaksütyun” partiyalarının əməkdaşlığına dair jurnalistlərə açıqlamasında deyib.
“Çiçəklənən Ermənistan Partiyası hökumətin fəaliyyətini tənqid edəndə bu onun özü üçün bir məqsəd sayılmır. Hakimiyyətin səhvlərini görən, qeydə alan təkcə biz deyilik, digər siyasi qüvvələr də var. Bu səhvlərə işarə edən qüvvələr bəzi müzakirələrə səbəb olur və gündəmi təşkil edir. Pisliklərin bir həddi olması lazım olduğunu söyləyirik və bu həddi keçərlərsə, səsləndirilənlər də səsləndirilməlidir”, deyə Mikael Melkumyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB