“Mənzilin kirayəsi 100-120 min dramdırsa...” Aksiya iştirakçısı

“Mənzilin kirayəsi 100-120 min dramdırsa...” Aksiya iştirakçısı

Rusiyaya getmək istəyən vətəndaşlar problemlərini millət vəkillərinə təqdim etmək üçün bu gün Ermənistan parlamentinin binasının qarşısına toplaşıblar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etirazçılar ümidsiz bir vəziyyətdə olduqlarını və kömək umaraq parlamentə gəldiklərini qeyd edirlər.

“Buraya toplaşanlar hamısı eyni vəziyyətdədir, evimiz yoxdur, koronavirus səbəbindən gəlmişik, ancaq geri qayıda bilmirik. Ailələrimiz Rusiyada qalıb. Səlahiyyətli şəxslərdən bizə kömək etmələrini istəyirik. Rusiyaya qayıtmamızda kömək istəməyə gəlmişik. Mən 35 min dram miqdarında təqaüd alıram, mənzilin kirayəsi 100-120 min dramdırsa, bu pulla necə yaşaya bilərəm”, deyə aksiya iştirakçılarından biri bildirib.

Etirazçılar ədliyyə naziri Rüstəm Badasyanla görüşməyi də tələb edirlər, amma hökumət üzvlərindən biri ilə görüş təşkil ediləcəyinə söz verilib.

Xatırladaq ki, dünən Rusiyaya getmək istəyən ermənilər hökumət binası və Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Xarici işlər naziri Zohrab Mnasakanyan problemin bir həll yolunun olmadığını, bu mövzuda danışıqların davam etdiyini qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə