Azərbaycan XİN Husi yaraqlılarının cəhdlərini pisləyir RƏSMİ

Azərbaycan XİN Husi yaraqlılarının cəhdlərini pisləyir RƏSMİ

"Husi yaraqlılarının Səudiyyə Ərəbistanında mülki şəxsləri və mülki obyektləri hədəf alan davamlı cəhdlərini pisləyirik". SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" səhifəsində bildirib.

XİN qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq üçün gördüyü bütün tədbirləri dəstəkləyir.

Qeyd edək ki, bir neçə gün öncə Husi yaraqlıları Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına partlayıcı dron vasitəsilə zərbə endirməyə cəhd ediblər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə