"Ermənistan-Yunanıstan hərbi əməkdaşlığı Bakının nəzərindən qaçmır" ÖZƏL-MÜNASİBƏT
“Azərbaycanın Türkiyəyə Aralıq dənizində Yunanıstanla münaqişəsində birmənalı dəstəyi iki ölkə arasında artıq real həyatda öz əksini tapan müttəfiqlik sazişinə söykənən addımdır. Dövlət başçısı İlham Əliyevin Yunanıstan səfirinə qeyd etdikləri çox ciddi bir mesajdır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
“Biz görürük ki, İlham Əliyev Ermənistana Rusiyanin silah göndərməsi fonunda Putinə açıq tərzdə narazılıq bildirməsi, Türkiyəyə qarşı Yunanıstanın məlum destruktiv siyasətinə qarşı məlum prinsipial mövqeyi Ankara-Bakı birgə siyasətinin bariz nümunəsidir.
Yunanıstan son vaxtlar Ermənistanla hərbi əlaqələri inkişaf etdirir. Yunanıstan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbiçiləri Yerevana müntəzəm səfərlər edərək, ikitərəfli əməkdaşlığı müzakirə edirlər və Ankaraya qarşı yeni plan qurulur. Həmçinin Yunanıstan məhz bununla Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə qarşı Ermənistanda siyasi cəhətdən möhkəmlənmək kursu reallaşdırır. Yunanıstanın Ermənistan siyasəti perspektivsiz və heç bir uğurlu inkişafa əsaslanmayacaq.
Son günlər Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq Bakının nəzərindən qaçmır və Afinaya verilən bu mesajda xüsusi əhəmiyyət daşıyır. Ermənistan Yunanıstan əlaqələri Bakı-Ankara müttəfiqliyi qarşısında çox zəif bənddir”-deyə, politoloq fikrini tamamlayıb", deyə politoloq qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB