Ermənistanda yeni kabus: alkoqollu epidemiya 38 zəhərlənmə, 14 ölü

Ermənistanda yeni kabus: alkoqollu epidemiya 38 zəhərlənmə, 14 ölü

Son günlər Ermənistanda alkoqoldan zəhərlənmə hallarının sayı durmadan artır. SİA xəbər verir ki, bu barədə ölkə KİV-ləri də həyəcan təbili çalmağa başlayıblar. Belə ki, “Novosti Armeniya”nın yazdığına görə, artıq məsələyə səhiyyə nazirliyi də qarışıb və bunun səbəblərini araşdırır.

Nəşr yazır ki, sentyabrın 3-ü saat 12:00-a olan məlumata görə, respublikada alkoqoldan zəhərlənmə sayı 38-ə çatıb, onlardan 25-i Armavir vilayətinin, 12-i İrəvanın, 1-i isə Kotayk vilayətinin payına düşür. O cümlədən, 14 nəfər zəhərlənmədən həyatını itirib.

Epidemioloji araşdırmalar nəticəsində məlum olub ki, Armavirdə kütləvi zəhərlənmə evdə hazırlanmış spirt məhsulundan baş verib.

İrəvan və Kotaykda isə zəhərlənənlər araq yerinə tibbi spirtdən istifadə ediblər. Səhiyyə nazirliyi digər vilayət və şəhərlərdə də eyni halların baş verməməsi üçün fəaliyyətini artırsa da, zəhərlənmələrin sürətlə artması prosesi davam edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə