Azərbaycan Prezidenti İlham Əliyev Veteranlar Şurasının fəaliyyətinin gücləndirilməsi barədə Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Veteranlar Şurasının fəaliyyətinin gücləndirilməsi barədə Sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının fəaliyyətinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıb: - Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasına Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 200 000 (iki yüz min) manat vəsait ayrılsın. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini təmin etsin. - Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə