“Prezident dünya siyasətində öz sözünü deyən bir liderdir” ÖZƏL-MÜNASİBƏT
Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu gün dünya siyasətində öz sözünü deyən bir liderdir. O, həm rəhbər kimi, həm siyasətçi kimi, nəinki Azərbaycan xalqının mənafeyi, eləcə də dünyada şöhrət qazanmış bir siyasətçi kimi, bütün xalqların azad, xoşbəxt, sülhsevər şəraitdə yaşamasının tərəfdarıdır. Bu diplomat üçün xas olan ən başlıca keyfiyyətdir. Siyasətçi üçün bu çox böyük bir önəmdir ki, təkcə öz xalqını düşünmədən, bəşəri ideyalar, bəşəri amallar uğrunda mübarizə aparasan. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, Cənab Prezident son illərdə həyata keçirdiyi tədbirlərlə, verdiyi təkliflərlə, gördüyü işlərlə dünyada bunu artıq sübut edib və dünyada bu gün ən böyük siyasətçilərdən biri kimi tanınır, sevilir və qiymətləndirilir: “Əlbəttə ki, Azərbaycan Prezidenti bəşəri amallar uğrunda mübarizə apardığı kimi, ancaq milli maraqları həmişə önə çəkir. Azərbaycan xalqının təhlükəsizliyi, sağlamlığı, xoşbəxt həyatı Azərbaycan Prezidenti üçün birinci dərəcəli vəzifədir. Bu Yaponiyanın və Yunanıstanın səfirlərinin təqdimatı mərasimində də özünü açıq göstərdi və ölkə rəhbəri xüsusilə Yunanıstan səfiri ilə söhbəti zamanı bütün o gizli məqamları ortaya qoydu. Çox açıq, çox hərtərəfli və bu günün reallıqlarını əks etdirən faktlala öz fikirlərini Yunanıstan səfirinə bildirdi. Bu əlbəttə ki, Yunanıstanın, Kiprin və Ermənistanın hərbi əməkdaşlıq məsələlərinə toxunarkən təcavüzkarın müdafiə olunmasını qeyri-mümkün hesab etdi. Bildirdi ki, əgər Yunanıstan Azərbaycanla əməkdaşlıq edirsə, o Avropa Birliyi ölkələrindən biridirsə, haqqın, ədalətin tərəfində olmalıdır. Azərbaycan torpaqları Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub və bu gün də Azərbaycana qarşı müxtəlif təxribatlar həyata keçirilir, sərhəddə ölüm, itgi halları baş verir. Belə bir halda Yunanıstanın, Kiprin Ermənistanla hərbi əməkdaşlığı yolverilməzdir. Əgər, doğrudan da Yunanıstan haqqı, ədaləti dəstəkləyirsə, neytral qalmalıdır və Beynəlxalq Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq təşkilatların qərarlarına, sənədlərinə hörmətlə yanaşmalıdır. Ölkə rəhbəri çox açıq şəkildə bildirdi ki, Türkiy-Azərbaycan dostluğu və qardaşlığı əbədidir, yenilməzdirəı dönməzdir və Türkiyə həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da daimi olaraq Türkiyənin yanında olacaq. Çünki, Türkiyə Azərbaycan xalqının mənafelərindən çıxış edib həmişə, bu gün də bu mövqedədir və Azərbaycan da daimi olaraq Türkiyənin mənafeyini müdafiə etməlidr, gözləməlidir. Aralıq dənizində Türkiyənin o manevrləri ilə əlaqədar öz fiirlərini bildirdi ki, əslində, Türkiyə düzgün mövqedən çıxış edir. Düzgün mövqedən çıxış edir və Türkiyə türk xalqının mənafeyini qorumaq, özünün təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrə əl atmalıdır və o bir dövlət kimi, bir xalq kimi öz sözünü daimi olaraq deməlidir. Azərbaycan Prezidentinin əlbəttə ki, bu çıxışı Azərbaycan xalqı tərəfindən, eləcə də türk xalqı tərəfindən yüksək qiymətləndirilir və elə bilirəm, nəinki bu iki qardaş dövlət, bir millət bu fikirləri dəstəkləməlidir, eləcə də türkdilli xalqların hamısı bu mövqedən çıxış eləməlidir. Yeri gələndə haqı, ədaləti bərpa etməkdən ötrü öz sözlərini deməldirlər. Əlbəttə ki, bu çıxışı ilə Azərbaycan Prezidenti bir daha özünün uzaqgörən, diplomatik gedişlər edən və kəskin mövqedən çıxış edən bir rəhbər, bir siyasətçi olduğunu bütün dünyaya bəyuan elədi. Biz ölkə rəhbərinin bu çıxışını dəstəkləyirik. Çünki, bu çıxış bu günü reallıqlarından irəli gəlir. Bu çıxış dövlətlərin tutduğu mövqeyi əks etdirir və bu çıxış sözsüz ki, həm də təcavüzkar Ermənistana bir cavabdır. Əlbəttə ki, dünya bu gün ikili standartlarla işləyir və Azərbaycan həqiqətləri bir çox hallarda kölgədə qalır. Ancaq buna baxmayaraq, Azərbaycan Prezidentinin dson çıxışları göstərir ki, o qətiyyətlidir, o iradəlidir, o Azərbaycan xalqının gələcəyi üçün bütün çətinliklərə dözməyə hazırdır və bütün çətinlikləri aradan qaldırmağa qadirdir. Elə bilirəm ki, bu çıxışlar nəinki Yunanıstana, dünyaya bir mesajdır. Eləcə də, təxribatçılara dəstək verən bütün qüvvələrə bir mesajdır ki, Azərbaycan heç vaxt öz torpaqlarının işğalda qalmasına dözməyəcək, öz torpaqlarını azad edəcək və öz müttəfiqləri ilə öz qardaşları ilə daimi olaraq bir yerdə olacaq və Azərbaycanın, eləcə də türk xalqlarının birliyi uğrunda mübarizə aparacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB