Gül Bayramı 3 gün davam edəcək

Gül Bayramı 3 gün davam edəcək
Əziz Bakı sakinləri və şəhərimizin hörmətli qonaqları!!!
Bakı şəhər İcra Hakimiyyəti Ulu Öndərimiz Heydər Əliyevin doğum günü münasibətilə Heydər Əliyev Parkında keçirilən Gül Bayramına sakinlərin böyük marağını, onların gül-çiçək kompozisiyalarına sərbəst tamaşa etmək istəyini nəzərə alaraq, eyni zamanda Parkda sıxlıq yaranmaması üçün bayramın 3 gün davam edəcəyini bildirir.
Paytaxt sakinlərini mayın 10, 11 və 12-si saat 11:00-dan 19:00-dək Parkda olan gül-çiçək kompozisiyalarına tamaşa etməyə dəvət edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə