Türkiyə və Rusiya həbrçiləri Suriyada birgə təlim keçirdilər FOTOLAR

Türkiyə və Rusiya həbrçiləri Suriyada birgə təlim keçirdilər FOTOLAR

Türkiyə və Rusiya hərbçiləri zərbə endirən PUA-ların koordinasiya fəaliyyəti ilə bağlı bu gün birgə təlimlər keçiriblər. SİA xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Suriyada yerləşən tərəflərin barışdırılması mərkəzinin rəhbəri, kontr-admiral Aleksandr Qrinkeviç deyib.

“Təlimlər zamanı kəşfiyyatçı və zərbəçi PUA-ların koordinasiya fəaliyyətləri işlənilib, o cümlədən, birgə patrul zamanı hədəflərin atəş açılaraq məhv edilməsi məşğələləri aparılıb”, Qrinkeviç deyib.
Rusiya hərbi polisi ilə Türkiyə SQ-nin ilk birgə təlimləri bazar ertəsi baş tutub. Həmin vaxt qanunsuz silahlı dəstələrin diversiya qruplarının atəş açmaqla məhv edilmələri, həmçinin, zədələnmiş texnikaların təxliyəsi və yaralananlara ilk tibbi yardımın göstərilməsi təlimləri keçirilib.
Bundan əvvəl də dəfələrlə türk və rus patrullarının birgə təlimləri baş tutub və onlar silahlı qruplaşmaların kustar üsulla hazırladıqları partlayıcı qurğuların zərərsizləşdirilməsi ətrafında öz bacarıqlarını bölüşüblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə