Yaxud erməni sevgisi və erməni lobbisinə xidmət edən “beşinci kolon”
Öz xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi sərgiləyən xaricdəki antimilli ünsürlərin, “sapı özümüzdən olan balta”ların erməni sevgisi və erməni lobbisinə xidmət edən “beşinci kalon”un məhz indi xüsusi fəallaşması. Səbəb nədir? Yenə də bu erməni çörəyi yeyənlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin strateji diplomatiyanın, yaxud hücum diplomatiyasının sayəsində erməni yalanları ifşa olunması, təcavüzkar erməni millətçilərinin “qara piar” kampaniyasının iflasa uğramasından narahat olanların erməni sevgisi və erməni lobbisinə xidmətdən irəli gəlir. Bu səbəbdən də gündən-günə inkişaf edən, güclənən Azərbaycanın müsbət reallıqlarının və möhtəşəm nailiyyətlərinin üzərinə kölgə salmaq istəyən, öz xidmətçilərinin əməyindən istifadə edən həmin qulluqçular sırasında xaricdə məskunlaşmış "siyasi mühacir" adı ilə "beşinci kolon"un satqın və satılanları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İskəndərli, Arif Məmmədov və ….bu kimi "sapı özümüzdən olan balta"lar erməni xislətini Ermənistanın terrorçu dövlət olmasını ört-basdır etməyə çalışmaqla, hətta bu məqsədinə çatmaq üçün Azərbaycan dövlətini ittiham etməklə bir daha əsl simalarını göstərirlər.
Erməni lobbisinin “muzdlu ideoloji əsgərləri”…
Xüsusilə də, son günlər mənəviyyatsız və əxlaqsız Qənimət Zahidin “Azərbaycan saaatı” kanalında hər gün Azərbaycana, Azərbaycan xalqına, dövlətin qarşı, xüsusilə də Azərbaycanı “İsraildən aldığı silahları Suriya və Liviyada Türkiyəyə qarşı vuruşan terrorçulara satmaqda” günahlandırmaqla həm də iki qardaş ölkə - bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə yönəlmiş çirkin təbliğat aparması, ermənidən betər erməni olduğunu sübut edir. O, nə Ermənistanın terror dövləti olmasından, işğalçı – təcavüzkar siyasət həyata keçirməsindən danışır, nə də terrorist təşkilat İŞİD barədə - onun birdən-birə necə meydana çıxması və kimə xidmət etməsi haqqında bir kəlmə deyir. Azərbaycan və Türkiyənin münasibətlərinin pozulmasını istəyən, Ermənistanı müdafiə edən kimlərdir? Təbii ki, ermənilər və ermənipərəst dairələr. Elə Arif Məmmədov kimi xainlər də nənələrinin və babalarının xəyanətkar əməllərinə sadiq qalaraq bu cür fəallıq nümayiş etdirirlər.
Və erməni mediası və sosial şəbəkələrin erməni seqmentində Azərbaycanla bağlı məlumatlar yayılarkən «etibarlı mənbə» kimi Arif Məmmədova istinad edilir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır.
Prezident İlham Əliyev: “Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir”
“Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
“Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzdə tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası “müstəqil” qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir – böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı – həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir – Azərbaycanı zəiflətmək, Azərbaycanda xaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlər boyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır.
Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər”, – dövlət başçısı əlavə edib.
Arif Məmmədovun xəyanətkar iddiası…
Budur, çörəyi dizinin üstündə olmaq. Dünən qədər səfir işlədiyi vaxt dedikləri, bu gün ki, çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirləri. 2000-ci ildə Arif Məmmədov Belçikanın Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri oldu. O, 2006-cı ilədək bu vəzifədə çalışıb. Elni zamanda o, 2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksenburqdakı səfiri olub. Elə bu çörəyi dizinin üstündə olan Arif Məmmədov 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Fransanın Strasburq şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Nümayəndəliyinin rəhbəri, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev onun «fövqəladə və səlahiyyətli səfir» diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verdikdən sonra Azərbaycana qarşı dayanmadan böhtanlar yağdırmağa. Dövlətə külli miqdarda ziyan vuran, büdcə vəsaitlərinin qanunsuz istifadə edən bu erməni çörəyə yeyən satqın A.Məmmədov hansı əsasla belə iddialarla çıxış edir? Çünki A.Məmmədov ermənilərlə əlbirdir. O, Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyir,
Azərbaycanın suverenliyindən qıcıqlanır və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. Ancaq bu, xaincəsinə deyilmiş fikirlərin yanlış olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Son günlər sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara hücumlarını əks etdirən görüntülər yayan A.Məmmədov özünü "ağıllı diplomat" kimi təqdim etməklə Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyini açıq-aşkar biruzə verməklə məşğuldur.
Erməni ilə həmrəy olan riyakarlar…
Bax, budur A.Məmmədovun xisləti. Əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir zamanda içimizdən çıxan xain A.Məmmədov erməni təəssübkeşliklərini ortaya qoyur və Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət" etdiyini nümayiş etdirir. Bu məxluq xalqımızın haqq davasına qara yaxaraq, işğalçının cinayət əməllərinə haqq qazandırmaq kimi sərsəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzərinə atmağa çalışır.
Necə ola bilər ki, bir insan əzizlərini, yaxınlarını vəhşicəsinə qətlə yetirən, xalqına qarşı soyqırımı aktları həyata keçirən terrorçuya dəstək olsun?! İnsan nə dərəcədə xalqına, dövlərinə nifrət etməlidir ki, əli millətinin qanına batan erməni ilə həmrəy olsun?!
Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən «bəslənildikləri» açıq-aşkar üzə çıxır. Düşmən onlardan Azərbaycana qarşı silah kimi istifadə etdiyini billə-bilə yenə də hər şeylərini qrantlara satmağa hazır olduqlarını bir daha nümayiş etdirirlər.
Ancaq artıq Azərbaycan xalqı əsl həqiqətləri gördü və şahidlik etdi. Hər kəs gördü ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və bu kimi erməni süfrəsindən qidalananlar silahı bizə qarşı tuşlayanlardır.
Azərbaycan cəmiyyəti artıq son illərdə bu şərəfsizin və buna bənzər şərəfsizlərini simasını tanımaqdadır. Azərbaycan xalqı da tanıyır. Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”.
Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və fəraridən başqa biri deyillər. Belələrini isə xalq heç vaxt bağışlamayacaq!.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB