Nurlana Əliyeva: “Hər bir azərbaycanlı ulu öndərin ildönümünü qeyd etməlidir və bu onun borcudur”

Nurlana Əliyeva: “Hər bir azərbaycanlı ulu öndərin ildönümünü qeyd etməlidir və bu onun borcudur”
"Bu günlər bütün Azərbaycan xalqı, hər bir qədirbilən azərbaycanlı üçün çox fərəhli, önəmli günlərdir". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri Nurlana Əliyeva ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü ilə əlaqədar verdiyi açıqlamasında deyib. O bildirib ki, irsindən, cinsindən asılı olmayaraq hər bir azərbaycanlı ulu öndərin ildönümünü qeyd etməlidir və bu onun borcudur.
Ümummilli lider Heydər Əliyevin dövlətimizin inkişafında, onun dünyada tanınmasında əvəzedilməz rolu olduğunu deyən N. Əliyeva söyləib ki, bununla yalnız fərəhlənmək lazımdır.

"Azərbaycan əslində Heydər Əliyevin şah əsəridir. Ölkəmizin daxili, xarici siyasətində Heydər Əliyevin atdığı müdrik addımlar, onun həyata keçirdiyi siyasət o dərəcə Azərbaycanı yüksəklərə qaldırıb ki, hətta o Azərbaycanı yox olmaq təhlükəsindən xilas edib. Bu siyasət hazırda da davam etməkdədir. Milli özünüdərk, azadlığımızın, müstəqilliyimizin gənclər tərəfindən qəbulu bu gün də öz davamını tapıb. Bu gün Azərbaycan öz həqiqətlərini dünyaya bəyan etdirə bilir. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq ölkəmiz inkişaf edir. Gənclərdə vətənpərvərlik duyğuları, onların dövlətə, ölkə başçısının siyasətinə dəstək olması mən deyərdim ki, ən gözəl siyasətdir və bu siyasətin təməlində ulu öndərin ideyaları dayanıb. Biz bu ideyaları dəstəkləyirik və inanırıq ki, bu ideyalar vətənizimin intibahına gətirib çıxaracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə