"Qarabağa köçürülən ermənilər bilməlidirlər ki,..." ÖZƏL-MÜNASİBƏT

"Qarabağa köçürülən ermənilər bilməlidirlər ki,..." ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, Ermənistan və onun havadarları Qarabağda, həmçinin əzəli Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində işğal siyasətini təkcə hərbi yolla deyil, həm də digər vasitələrlə Azərbaycanın milli-mədəni kimliyini məhv etmək üzərində qurublar. Bunun da tərkib hissəsi işğal olunan ərazilərdə ermənilərin sayının artırılmasıdır. Həmin ermənilər xarici ölkələrdən, xüsusən də, ərəb ölkələrində yaşayan ermənilər bu bölgəyə köçürülürlər". Bunu SİA-ya Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.

"Bu prosesi indi də davam etdirirlər. Artıq 200 ilə yaxındır ki, bu proses (Türkmənçay müqaviləsindən sonra) davam etdirilir. Hazırda bu proses daha sərt və kəskin şəkildə aparılır. Əlbəttə ki, Azərbaycan öz torpaqlarını Qarabağı yenidən işğaldan azad edəcək. Lakin hazırda bu mövcud vəziyyətə nəzarət edəcək və bunun qarşısını ala biləcək qurumlar beynəlxalq təşkilatlardır. BMT, ATƏT-in Minsk Qrupu və digər hümanitar təşkilatlar Azərbaycan xalqının Qarabağda tapdalanmış hüquqlarını, haqlarını heç olmasa bu şəkildə də olsa, qarşısını almalıdırlar. Bu gün yaşayış məntəqələrinə qondarma erməni adları verilir. Ən azından beynəlxalq təşkilatlar məsələyə öz mövqelərini bildirməlidirlər və hüquqi formada reaksiya verməlidirlər. Son 30 ildə beynəlxalq təşkilatlar bu məsələdə fərqli mövqe nümayiş etdirirlər. Sanki Azərbaycanı məğlub tərəf olaraq masaya otuzdurmaq istəyirlər. Azərbaycanın mövqeyi onu deməyə əsas verir ki, ermənilərin ora köçürülməsi qısa müddət daşıyır. Qarabağa köçürülən ermənilər bilməlidirlər ki, onlar həmin ərazilərdən çıxarılacaqlar və Azərbaycan öz torpaqlarını geri qaytaracaq”-deyə, R.Məmmədli fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə