Adil Əliyevin "Facebook" hesabına kiberhücum olub

Adil Əliyevin "Facebook" hesabına kiberhücum olub

Milli Məclisin vitse-spikeri Adil Əliyevin “Facebook” sosial şəbəkədəki hesabına kiberhücum edilib. SİA-ya daxil olan məlumata görə, onun sosial şəbəkə hesabına girşində məhdudlaşdırmalar yaranıb.

Bildirilir ki, artıq informasiya trexnologiyaları mütəxəssisləri tərəfindən millət vəkilinin “Facebook” hesabının bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, Adil Əliyev millət vəkilliyi ilə yanaşı, xarici ölkələrdə Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması istiqamətində də fəal işlər aparmaqdadır. Bu baxımdan, onun sosial şəbəkə hesabının erməni hakerləri tərəfindən hücuma məruz qalması şübhələr doğurmur.

Bütün xəbərlər Facebook səhifəmizdə