Rusiya və Belarus prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub. SİA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.
"Prezidentlər Rusiya - Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər. Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar", - deyə Kremlin məlumatında qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB