Saakaşvili prezidentliyi dövründə səhvlər buraxdığını da etiraf edib və GERİ DÖNÜR
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün videomüraciətində Ukraynaya minnətdarlığını çatdırıb və bu ölkəni özünə “ikinci ev” hesab etdiyini bildirərək, artıq ölkəsinə geri dönəcəyini deyib. SİA xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Rusiya saytının yazdığına görə, hazırda Ukrayna islahatları milli şurasının icraiyyə komitəsinin sədrliyini edən Saakaşvili ilk dəfə deyil ki, Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlı fikir bildirib və gürcülərin mövcud hakimiyyət rəhbərliyinin legitimliyini tanımadığını deyərək, seçkilərdə ön sıralarda mübarizə aparacağını iddia edib.
Digər tərəfdən, onun bəyanatından sonra Tbilisi öz səfirini Kiyevdən geri çağırıb. Belə ki, hakimiyyət eks-prezidentin ifadələrini Gürcüstanın daxili işlərinə qarışmaq kimi hesab edir.
“Ukrayna mənim ikinci evimdir. Bir vaxtlar mən buraya öz şirin və əsas evim olan Gürcüstanımdan gəldim. Mən Ukraynanın hələ ən çətin vaxtlarından sevirəm və bu ölkə məni necə varamsa, tələb və şərt qoymadan, elə də qəbul etdi. Bunu çox qiymətləndirirəm”, Saakaşvili bildirib.
O, qeyd edib ki, son 7 ildə çox hadisələr baş verib və bu illər ərzində öz ölkəsinə xidmət etmək, səhvlər buraxmamaq üçün kifayət qədər bilik, təcrübə toplayıb. Saakaşvili prezidentliyi dövründə səhvlər buraxdığını da etiraf edib.
“Allah şahiddir ki, mən öz xalqım üçün yaxşılıq istəmişəm. İstəyirdim ki, mənim xalqım daha yaxşı, varlı yaşasın və buraxdığım səhvlərimə görə hər kəsdən bağışlanmağımı istəyirəm. Ötən 7 ildə elə bir günüm olmayıb ki, mən Gürcüstan xəbərləri ilə maraqlanmayım və dəqiq bilirəm ki, mənim prezidentlik dövrüm elə-belə keçməyib. Bizim tərəfimizdən bir çox yaradılanlar hazırkı vaxta qədər funksiya göstərir.
Lakin bununla yanaşı, mən Gürcüstandan xəbərlər eşidərkən anlayıram ki, biz daha çox yaxşı yaşaya bilərik, hər bir gürcü varlı həyat sürə bilər və bu, bizdə alınacaq. Mən geri dönürəm!”, siyasətçi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB