17 yaşlı amerikalı talançılardan müdafiə olunarkən həbs olunub FOTOLAR

17 yaşlı amerikalı talançılardan müdafiə olunarkən həbs olunub FOTOLAR

ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində talançılara atəş açan 17 yaşlı amerikalı Kayl Rittenhaus həbs eidlib. SİA xəbər verir ki, bu barədə The Insider yazır. O, birinci dərəcəli qəsdən adamöldürmədə ittiham olunur.

Belə ki, AR avtomatik tüfənglə silahlanan yeniyetmə İllinoys ştatının Antioxa şəhərindən gəlib. O, ştat sərhədini Viskonsində başlayan iğtişaşlar zamanı, polis zabitinin qaradərili Ceyms Bleykə atəş açmasından sonra - mülki özünümüdafiə məqsədi ilə yaradılmış silahlı milis sıralarına qoşulmaq üçün keçib.

Twitter istifadəçiləri xəbər veriblər ki, Kayl Rittenhaus ilk dəfə nümayişçilərdən birinin başına atəş açdıqdan sonra qaçaq düşüb. Etirazçılar bir anda yeniyetmənin üzərinə atılaraq onu asfalta yıxıblar. O isə hücum edənlərə atəş açıb. Nəticədə iki insan həlak olub, bir nəfər isə yaralanıb.

Yerli sakin Koerri Elayca danışıb ki, yeniyetmə patrul vaxtı diqqətçəkəcək qədər əsəb sarsıntıları keçirirdi, ancaq təhlükə saçmırdı. Rittenhauz sosial şəbəkələrdəki səhifələrində polisi müdafiə edən hərəkatı (Blue Lives Matter) dəstəkləyir və talançılıqla nəticələnən mitinqlərə qarşı çıxırdı.

Onun talançılara atəş açması daha öncə məhz sosial şəbəkədə ictimailəşib.

Kenoşa şəhərində kütləvi etirazlar polis zabitinin qaradərili Ceyms Bleykə atəş açmasından sonra üç gündür ki, davam edir. Belə ki, qaradərili amerikalı polisin tələblərinə uymadığına görə ona atəş açılıb. O, üç uşaq atasıdır və güllə yarası aldıqdan sonra beldən aşağı paralizə olub, vəziyyəti ağırdır. İrqi ədalət tərəfdarları hadisədən sonra küçələrə axışaraq maşınları aşırır, şüşələri qırır, sosial xidmət və s. yerlərdə talanlar edir, xüsusilə polislə toqquşmalara gedirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə