"Rusiya Ermənistana həm siyasi, həm də iqtisadi təzyiq göstərməlidir" ÖZƏL - AÇIQLAMA

"Rusiya Ermənistana həm siyasi, həm də iqtisadi təzyiq göstərməlidir" ÖZƏL - AÇIQLAMA

"Bölgədə sabitliyin, stabilliyin və təhlükəsizliyin bərqərar olunması üçün Rusiya bu istiqamətdə Ermənistana həm iqtisadi, həm də siyasi cəhətdən təzyiq göstərməlidir. Biz bunu Rusiyadan həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə kimi gözləyirik. Bizim bu istiqamətdə Rusiyadan gözləntilərimiz kifayət qədər çoxdur". Bu sözləri SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Bakıda Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla olan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, regiondakı münaqişənin tənzimlənməsində bizim Rusiyadan müəyyən gözləntilərimiz var və bu gözləntilər kifayət qədər çoxdur: "Rusiya Ermənistan ərazisində hərbi baza saxlayır, eyni zamanda, Rusiyadan Ermənistana silah tədarükü məsələsi və digər məsələlər gündəmdədir. Azərbaycan və Ermənistan arasındakı münaqişənin tənzimlənməsində Rusiya həm qonşu dövlət kimi, həm dost dövlət kimi, həm də ATƏT-in Minsk qrupuna həmsədr olan dövlət kimi məsuliyyət daşıyır. Rusiya Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu bildirərək Ermənistana bu torpaqlardan geri çəkilməsi üçün təzyiq göstərməlidir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi üçün ona həm iqtisadi, həm də siyasi cəhətdən təzyiq göstərməlidir. Regional proseslərdə fəal iştirak edən dövlət kimi Rusiya bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına çalışmalıdır. Ərazidə stabilliyin əldə olunması üçün Rusiyadan olan gözləntilər çoxdur".

Ehtiyatda olan polkovnik bildirib ki, Rusiya həm də ATƏT-in Minsk qrupuna həmsədr olan dövlət kimi bu məsələdə məsuliyyət daşyır: "Rusiya Ermənistandan Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkilməsini tələb etməlidir. Rusiya bu istiqamətdə Ermənistana həm iqtisadi, həm də siyasi cəhətdən təzyiq göstərməlidir. Bildirməlidir ki, Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Lakin, Ermənistan Azərbaycana ərazi iddialarını davam etdirir. Bunu həm dost ölkə kimi, həm də qonşu dövlət kimi Rusiyadan gözləyirik".

Cəlil Xəlilov qeyd edib ki, ərazidə münaqişəli şəraitin və mühitin olması təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükəlidir: "Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində silahlı qoşunlar saxlayır, terror təşkilatları yetişdirir və müxtəlif təxribatlar həyata keçirir. Rusiya bütün bunlara qarşı öz qəti reaksiyasını göstərməlidir. Bunu həm bölgədəki sabitliyi, həm də təhlükəsizliyi təmin etmək üçün həyata keçirməlidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə