"Xalqımızın Mehriban xanım Əliyevaya rəğbəti və hörməti sonsuzdur!” ÖZƏL-MÜNASİBƏT
“Altı aydan çoxdur ki, bütün bəşəriyyət təhlükəli koronavirus pandemiyasının ağır şərtləri altında yaşayır. Ölkəmizdə virus əleyhinə aparılan tədbirlərin ciddiliyi, səmərəliliyi və əldə olunan müsbət nəticələr göz önündədir. Azərbaycan infeksiyaya yoluxmuş insanların arasında ölüm sayının ən az olduğu ölkələrdən biridir”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
“Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin liderliyi ilə dövlətimizin ortaya qoyduğu mübarizənin uğurlu nəticəsidir. Belə çətin və ekstremal bir dönəmdə Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın sərgilədiyi fəaliyyət, daim dövlət başçımız ilə bərabər insanların arasında olması xalqımızda xoş ovqat yaradır. Bunu müxtəlif mətbuat orqanlarında dərc olunan vətəndaş məktublarından da aydın görmək olur. İnsanlarımız haqlı olaraq, Mehriban xanımı xeyirxahlıq, mərhəmət mücəssəməsi adlandırırlar. Mərhəmət-insanı başqaları üçün, insanlıq üçün fədakarlığa sövq edən ən gözəl duyğudur.
Bu gün hörmətli Mehriban xanımın doğum günüdür. Onu öz adımdan, Yurddaş partiyası adından ürəkdən təbrik edirəm. Azərbaycanımızın hərtərəfli inkişafında, xalqımızın rifahının daha da yaxşılaşmasında böyük işlər görən, Prezidentimizə dəstək olan ölkəmizin birinci xanımının həmişə haqqın, ədalətin tərəfində olduğunu da hər kəs yaxşı görür. Xalqımızın Mehriban xanıma rəğbəti və hörməti sonsuzdur!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB