"Rusiya yalnız Ermənistanda deyil, Azərbaycanda da nüfuzunu itirir" ÖZƏL-MÜNASİBƏT
“Rusiyalı vasitəçi sözdə sanki ermənilərin birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı əraziləri azad etmək istəməməsindən narazıdır, reallıqda isə Ermənistana silah göndərməklə onların mövqeyini daha da radikallaşdırır”. Bunu SİA-ya politoloq Tofiq Zülfüqarov Rusiya xarici işlər naziri Sergey Lavrovun “Rusiya tezliklə Dağlıq Qarabağ danışıqlarının bərpa olunması üzərində işləyir” bəyanatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Lavrov Məmmədyarovla uzun müddətli danışıqlardan sonra bizi tamamilə “idiot” hesab edir: “Ona bildirmək istəyirəm ki, bu, belə deyil və onun ermənipərəst manevrləri nəticəsində Rusiya yalnız Ermənistanda deyil, Azərbaycanda da öz nüfuzunu tamamilə itirir. “Böyük diplomat”, əvvəllər həmişə və hər yerdə olduğu kimi, yenə də ona nail olmaq istəyir ki, müasir Rusiyanın sərhədləri ətrafında heç bir dost dövlət qalmasın. Qəribə siyasətdir... Bəlkə bu, elə əsl məqsəddir.
Əgər bu, belədirsə, onda biz də bu mövqedən çıxış etməliyik ki, şimal qonşumuzla mehriban qonşuluq və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün göstərdiyimiz bütün səylər boş vaxt itkisidir, ona görə də daha yüksək templə Türkiyə, Ukrayna, İsrail, Gürcüstan, İran, ən əsası isə Avropa İttifaqı və ABŞ-la regional əməkdaşlığı möhkəmləndirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB