Tavuş vilayətində: yoxsulluq, əlacsızlıq, aqressiya və... ANALİTİK

Tavuş vilayətində: yoxsulluq, əlacsızlıq, aqressiya və... ANALİTİK

Uşaqlar vəhşicəsinə döyülür, qadınlara qarşı cinsi zorakılıq hökm sürür, dövlət isə yardım ayırmır

Bugünlərdə Ermənsistanın Azərbaycanla həbsərhəd ərazisində - Tovuz rayonu ilə qonşuluqda yerləşən Tavuş vilayətində azyaşlı uşzaqların vəhşicəsinə döyülməsi ilə nəticələnən tükürpədici cinayət ölkə ictimaiyyətini sarsıdıb. SİA Sputnik Armeniya-ya istinadən xəbər verir ki, səs-küy hazırda da davam edir və bu dəfə həmin ailədə yaşayan 5 azyaşlı uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya qaldırılıblar. Belə ki, saytın müxbiri sözügedən ailədə olayı dəqiqləşdirmək üçün Tavuşun Xaştarak kəndinə gedib.

Qeyd olunur ki, Ermənistanın Tavuş vilayətində vəhşicəsinə döyülmüş 4 və 6 yaşlı oğlan uşaqların ailəsi 12 nəfərdən ibarətdir və onlar 1-2 otaqlı evdə yaşayırlar. İstintaq komitəsindən isə bildirilib ki, 4-6 yaşlı oğlan uşaqlarını babaları ağac parçası ilə döyüb.

Vəhşicəsinə döyülən uşaqlar xəstəxanaya aparılıblar, onlardan birinin vəziyyəti isə ağırdır

Sonradan uşaqlar xəstəxanaya aparılıblar, onlardan birinin vəziyyəti isə ağırdır. Faktla bağlı cinayət işi açılıb, baba saxlanılıb. Cümə günü isə bəlli olub ki, həmin ailənin 5 uşağı İrəvanin “Muratsan” xəstəxanasına aparılıblar.

Erməni saytının yazdığına görə, jurnalistlər Azərbaycanla həmsərhəd olan Xaştaq kəndindəki bu ailə haqqında dədiqləşdirmələr aparıblar. Belə ki, 12 nəfərlik ailə üzvlərinin 7-i azyaşlıdır. Ailədə baba Samvel və nənə Emma Q., iki övladları Anuşavan və Anuş B. yaşayır. Onların da iki övladları var,yerdə qalan 5 uşaq isə Mariannanın övladlarıdır. Elə günlər olur ki, çoxuşaqlı ailə günlərdlə ac qalır. Xəstəxanaya qaldırılan uşaqlar da Marianna və Anuşavanın övladlarıdır.
Yazıda qeyd edilir ki, ailə sosial cəhətdən ifrat yoxsuldur. 28 yaşlı Marianna psixiki xəstə olmaqla yanaşı, həm də danıımaqda əziyyət çəkir. O, 17 yaşında ərə gedib və ikinci qrup əlildir. Bir müddət sonra hamilə qadın iki uşaqla ərindən boşanıb və ata evinə geri dönüb. Sonradan isə nikahdankənar iki uşaq dünyaya gətirib.

Marianna həmkəmdliləri tərəfindən seksual zorakılığa məruz qaldığını iddia edib

“Maraqlıdır ki, Mariannanın birinci əri, 40 yaşlı David Q., sabiq arvadının evində qeydiyyatdadır. Məsələ ondadır ki, ailə boşandıqdan sonra yenidən bir araya gəliblər və qərar veriblər ki, həmin evdə qeydiyyatda olsalar, dövlətdən maddi yardım ala bilərlər. İndi isə yardım ala bilmədiklərinə görə, Davidi evdən çıxarmağa çalışırlar, lakin onun sənədlərində problelər yaranıb və hələ də həmin evdə qeydiyyatdadır”, sayt yazır.
Bundan əlavə, 2015-ci ildə Marianna Q. Yalan məlumat verməkdə ittiham olunub. O bildirib ki, zaman-zaman ayrı-ayrı kişilər ona cinsi zorakılıq tətbiq ediblər. Ancaq sonradan məlum olub ki, seksual əlaqələr qarşılıqlı razılaşma ilə baş tutub. Məhkəmə isə onun sağlamlıq qüsurunun və himayəsində azyaşlıların olduğuna görə, azadlıqdan məhrum etməyərək, sınaq dövrü müəyyən edib.
2016-cı ilsə isə banklardan biri Mariannanı məhkəməyə verərək, 120 000 dram (240 dollara yaxın) məbləğdə kreditini ödəmədiyini bildirib. Bank məhkəməni udub və Marianna banka 154 000 dram ödəməlidir.

Baba və nənəyə gəldikdə isə, onların ikisi də işləyirlər. Baba fəhlə, nənə isə məktəbdə xadimə olaraq çalışır.

Ermənistanın bir çox ucqar bölgələrində də eyni vəziyyət hökm sürməkdədir

“Xaştarak kənd məktəbinin direktoru Samvel Simonyan müxbirlə söhbətində bildirib ki, onlarda çalışan qadın məsuliyyətli əməkdaşdır. Arada-bir icazə alıb tez gedir ki, əlil qızına kömək etsin”, deyə erməni saytı yazır.

Babaya gəldikdə isə, onun əsəbi olması barədə kənddə söz-söhbətlər gəzir. Hətta iddia olunur ki, uşaqları döydükdən sonra o evdə bişirilən şorbaya zəhər qataraq, onlardan canını qurtarmağa çalışıb.

Beləliklə, fakt budur ki, məhz erməni KİV-ləri də Ermənistanın sərhədyanı kəndlərində vəziyyətin ağır olması barədə zaman-zaman materiallar yayırlar. Xüsusilə, Tavuşdakı bu hadisə erməni ictimaiyyətində qeyriinsani davranışların, ailələrdə kütləvi aqressiyanın, eyni zamanda yoxsul ailələrin başlarına gələn müsibətlərin nə yerdə olduğun qeyd edilməkdədir. Hər halda, Tavuşdakı olay da bunu ehtiva edir və istisna etmək olmaz ki, səfil Ermənistanın bir çox ucqar bölgələrində də eyni vəziyyət hökm sürməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə