Yaxud, "inqilab"-zad bunlarlıq deyil...
Son günlər "Milli Şura"-AXCP cütlüyü yenidən əvvəlkilər tək həvəsə gəlib, "inqilab" xülyalarına dalmağa başlayıblar. Lap bir zamanlar Gürcüstanda, Ukraynada, Ermənistanda olduğu kimi, indi də Belorusda baş verən hadisələri dərhal öz təbirlərincə "azərbaycanlaşdırır", bizə heç bir aidiyyatı olmayan və tamamilə fərqli siyasi baxışları olan hər hansı olayın guya burada da baş verəcəyi ətrafında təlxəklik sərgiləyirlər. Daha dəqiq desək, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqızı və daha digərləri vurhavurla ictimai rəyə belarus çastuşkalarını sırımağa cəhdlər göstərirlər.
UNO humanoidləri, heyvanlar və qəribə məxluqlar...
Xüsusilə də AXCP sədri "Osmanqızı tv"də, "Azərbaycan saatı"nda, "facebook" səhifəsində Belarusdakı kirli siyasi oyunlardan cuşa gələrək özünə olan (digərləri onu maraqlandırmır əslində-R.N.) "dəstəklərdən" xırdalayır. Amma həmin "dəstəklərin" ona kimlər tərəfindən verildiyinə diqqət yetirdikdə, bu adamın həqiqətən də nə qədər kəmsavad və hörmətsiz biri olduğunu daha dərindən dərk edirsən. Sosial şəbəkələrdə Ə.Kərimlinin kimsəyə lazım olmayan tullantı fikirlərinə "dəstək" verənlərin bir çoxunun adları nəinki milli, heç insani keyfiyyətlərə belə aid deyilmiş. Adam lap matü-məəttəl qalır ki, əcəba, bunlar kimlərdir? Yoxsa Ə.Kərimliyə dəstəyi verənlər heç yer adamları deyil? Bəlkə UNO humanoidləri və s. bizə bəlli olmayan canlılardır?
Misal üçün, birinci şəkildə onun YouTube kanalındakı müsahibəsi görünür. Onu dəstəkləyən və rəy yazanların adlarına nəzər salarkən isə...
Mərhum Müəmmar Qəddafi o biri dünyadan AXCP-"Milli Şura" cütlüyünə "dəstək" göstərirmiş...
Və ya növbəti şəkillərdə onun Facebook-dakı eyni videosunu bəyənənlərin, rəy yazanların "nikneym"lərinə baxarkən, yenə də eyni düşüncələrə dalırsan ki, yox, Ə.Kərimliyə dəstək göstərənlərin ümumiyyətlə adam-zad cinsinə heç bir dəxilləri-filanları yox imiş. Gəlin bir yerdə o adları nəzərdən keçirək:
"Alo Telekom", "Baba Telekom", "Mexanik Lombo", "Qoca qartal", "Nu Ko", "Ema Geya" (?!) və s. Hətta, Əli Kərimlini bəyənənlərin sırasında "Müəmmar Qəddafi" də var ki, yəqin o biri dünyadan AXCP və "Milli Şura"nın belorus çastuşkalarını bəyənir, üstəlik dəstək də göstərir.
Mən hələ "Boz qurd", "Sarı tülkü", "Ağ çaqqal" və başqalarını demirəm. Kənardan baxan elə sanar ki, Ə.Kərimli zoomüxalifətçiliklə də məşğuldur və heyvanlardan birmənalı dəstək almağı da bacarırmış.
Bir sözlə, saxta insanlar, trollar və daha nələr və kimlər. Ə.Kərimli isə "Milli Şura"dakı yandaşları ilə əməlli-başlı çastuşkalara keçib, hətta elə çastuşkalar deyirlər ki, belə getsə özlərinə qrup yaradıb orda-burda konsertlər də təşkil edəcəklər. Təki belə olsun, çünki "inqilab"- zad bunlarlıq deyil...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB