Paşinyanın BBC-yə müsahibəsində bunu bir daha göstərdi
Ermənistanın baş naziri Nikol Paşinyan, hakimiyyətdə olduğu bu iki ildən də çox müddətdə, həqiqətən də erməni xalqınnı qorxulu kabusuna çevrilib. Əgər Serj Sarkisyanın 10 illik prezidentliyi Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olundusa, bu kabusu indi də Nikol Paşinyan yaradır. Ermənistanla bağlı proqnozlar özünü tam doğrultdu. Bu belə də olmalı idi. Çünki istər Paşinyan, istərsə də Sarkisyan eyni düşüncəyə malik olan Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunub, olunacaq. Və bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-yə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər ona xalqı ilə ciddi problemlər yaradıb. Çünki dedikləri ilə əməlləri üst-üstə düşmür.
Paşinyan müsahibəsində seçkilər zamanı Dağlıq Qarabağ münaqişəsi barədə sülhə dair verdiyi vədlərə əməl etmədiyi faktıyla üz-üzə qoyuldu. Həmçinin, bu gün iqtisadi problemlər məngənəsində boğulan Ermənistanda iqtisadi problemlər daha da artaraq pik nöqtəsinə çatıb. Ən əsas problem isə, bütün bəşəriyyəti bürüyən «COVID-19»la mübarizəsdə də Ermənistan daha ciddi uğursuzluqlar əldə edib. Bütün bu problemlərlə növbəti kabus isə iyulun 12-də Paşinyanın Tovuzda qəflətən Azərbaycana qarşı təxribatı idi. Hakimiyyətə gəlməklə Paşinyan sərsəm bəyanatları ilə elə ilk gündən Rusiya ilə Ermənistan arasında gərginlik yaratdı. Siyasətdən bixəbər olan küçə “demokrat” Paşinyan elə zənn etdi ki, təxribat törətməklə hər şeyə nail ola biləcək. Alınmayanda başladı Rusiyanın ünvanına sərsəm bəyanatlar verməyə. Nəticə nə oldu. Elə iyulun 12-də qəflətən Azərbaycan sərhədlərini pozaraq Tovuz istiqamətində təxribat törətmək istədi. Nəticədə də güclü Azərbaycan Ordusu və əzmkar əsgərlərimizin rəşadəti nəticəsində erməni dığalarını yerində otuzdurdu. Bax, budur, Paşinyanın “siyasəti”.
Kimdir? Nədir? Ermənistan
Bu danılmaz faktordur ki, Ermənistan zaman-zaman sülh danışıqlarından yayınmaq üçün cəbhədə təxribatlar törədib. Son hadisələr isə birbaşa Ermənistanın daxilindəki ziddiyətlərlə bağlıdır. Bu gün bir tərəfdən Ermənistandan daxili siyasi çəkişmələr pik həddə çatıb. Digər tərəfdən Paşinyan hökuməti koronavirusun sürətlə yayılmasının qarşısını heç cür ala bilmədiyinə görə daxili təzyiq və qınaqla üzə-üzə qalıb. Buna görə Ermənistan iqtidarı cəbhədə təxribatlar törədərək diqqəti daxili problem və ziddiyyətlərdən yayındırmaq yolu tutub. Bu işğalçı dövlətin köhnə oyunlarından biridir. Əsas olan odur ki, hər belə təxribat Ermənistanın işğalçılıq siyasətinin ifşasını sürətləndirir, Azərbaycanın öz torpaqlarını azad etmək üçün siyasi və hüquqi baxımdan mövqelərini möhkəmləndirir. Tarixi başdan-başa saxtakarlıqlardan, xalqımıza qarşı soyqırımlardan, quldurluqdan ibarət olan cinayətkarlar, oğrular, saxta demokrat cildinə girmiş diktatorlar ölkəsi hər addımı ilə öz sonunu yaxınlaşdırır. Elə Nikol Paşinyanın BBC-nin “HARDtalk” proqramına verdiyi müsahibəni izlədim. Qeyd edim ki, müsahibəni izləməklə bir daha şahid olursan ki, Ermənistanın baş naziri Paşinyan siyasi lider olaraq, acizanə və rəzil duruma düşməsi bir daha onun savadsızlığını göstərir.
Faktları əsaslanmayan Paşinyanın xarici siyasəti…
Danılmaz faktordur ki, tarixi saxtalaşdırmaq olmaz. Lakin Paşinyan bu iki ildən çox hakimiyyətdə olduğu müddətdə keçirilən bütün görüşlərində, verdiyi müsazibəoərində həmişə saxta faktlarla çıxış edib. Bu dəfə də eyni hərəkət etdi. Paşinyanın BBC-nin «HARDtalk» proqramına verdiyi müsahibə zamanı, məhz aparıcının «Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağda törədilmiş hərbi cinayətlərin müqabilində üzr istəmək niyyətiniz varmı» sualına konkret cavab ala bilməməsi və “aydındır, sizin üzr istəmək niyyətiniz yoxdur” deməklə sualını yekunlaşdırması, rəsmi Yerevanın nə əvvəllər, nə də sonralar problemin həllində konstruktiv mövqe bildirmədiyinin sübutudur ki, aparıcı sualını təkidlə təkrarlayaraq, baş nazirdən rasional açıqlama ala bilmədi.
Ən maraqlı məqam isə, jurnalist S.Sakur Paşinyana iki ölkə arasında sülh danışıqlaroı ilə suala cavab idi. “Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Sanki Ermənistan əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?” suala yenə də Paşinyan ənənəvi saxta üsulu ilə cavab verməyə çalışdı. Amma onun bu cəhdi də iflasa uğradı. Çünki S.Sakur onun üzünə "Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz” ittihamını vurdu.
Göründüyü kimi, dalana aparan yol bir daha göstərdi ki, Azərbaycan haqq yolundadır, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti qarşısında duruş gətirə bilməyib, bundan sonra da gətirə bilməyəcəklər.
“Lragir.am” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasəti qarşısında Ermənistannı baş naziri Nikol Paşinyanını duruş gətirə bilməməsi real faktordur. Baş verənlərə diqqət yetirmək kifayətdir. Ekspertlər bildirirlər ki, Paşinyanın ittihamlara vermək istədiyi cavablar məntiqsiz və əlaqəsiz idi. Və Paşinyanın BBC-yə müsahibəsi ilə Ermənistanın işğalçı siyasətdən əl çəkməməsi bütün dünyaya bəlli olmaqla yanaşı, həm də Paşinyanın xarici siyasət sahəsində naşı olduğunu bəlli etdi.
Qaqik Hambaryan: “Paşinyan növbəti dəfə sübut etdi ki, heç bir biliyə sahib deyil”
Politoloq Qaqik Hambaryan bu xüsusda bildirir: “Ermənistan baş naziri Nikol Paşinyanın Britaniyanın BBC telekanalının məşhur “HARDtalk” verilişinə müsahibəsi növbəti dəfə sübut etdi ki, Nikol heç bir mövzu ilə bağlı dərin məlumatlandırılmış deyil, biliyə sahib deyil. Bundan başqa, heç bir əlaqəyə malik olmadığını özünə aid etməkdə tərəddüd etmir, həyata keçirmədiyi və uğursuz vədlərini “unudur”. Məsələn, Nikol müsahibə zamanı Qarabağdakı rejimi danışıqlar prosesinə daxil etmək barədə uğursuz planına tamamilə toxunmadı. Çünki bu zaman onu daha çətin suallar gözlədiyini başa düşdü və bundan qorxdu. Amma buna qədər dedikləri də özünü biabırçı duruma salmasına yetdi”.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan da müsahibəyə görə Paşinyanı sərt tənqid edənlər sırasındadır: “Nikolun BBC-yə verdiyi müsahibəsindən uzun-uzun yazmayacam. Dözülməz dərəcədə populist olduğunda və bu, ölkə daxilində hələ bir formada işləyəndə xaric üçün başqa şey fikirləş. Çünki beynəlxalq platformalarda sənin populizmin faciəyə çevrilir. Özündən başqa, ölkəni də pis vəziyyətdə qoyursan”.
Digər erməni siyasətçisi Mihran Hakobyan da Paşinyanın müsahibə nəticəsində Ermənistana ciddi zərbə vurduğu qənaətindədir: “BBC-nin “HARDtalk” formatı çox vacib xüsusiyyətə malikdir: məhz başlanğıcdan xəbərdarlıq edirlər ki, ağır və əlverişsiz suallar olacaq. Paşinyan isə bunlara hazırlaşmamışdı. Yaxşı, ölkəni bu qədər sevməmək olar? Həmvətənlərə bu qədər nifrət etmək olarmı ki, bu adam hamını utancdan kədərlənməyə məcbur edir? Niyə, xalqımızın hansı günahına görə bu adam ingilisdilli auditoriya qarşısında bilmədiyi dildə özünü alçaltmağa razı oldu.
Rasim Quliyev: “Paşinyan yalnız Ermənistan ictimai rəyində deyil, eləcə də bütün dünyada rəzil və rüsvay oldu”
Bu rüsvayçı müsahibə bir daha Paşinyanın nə dərəcədə savadsız, səriştəsiz, xəyalpərəst «siyasətçi» olduğunu göstərdi. Paşinyanın belə rəzil vəziyyətə düşməsində başlıca rolu müxbirin ədalətli mövqeyi, yoxsa erməni baş nazirin arqumentsizliyi oynadı? “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev açıqlamasında bildirib ki, həmin jurnalistin simasında onun bütün savadlı, cəsarətli jurnalistlərə hörməti artıb: «Jurnalist çox hazırlıqlı idi. İkincisi, həmin jurnalist peşə fəaliyyətinə bəslədiyi tələbkarlığı, hörməti ortaya qoydu. Hiss olundu ki, Ermənistanın bölgədə yaratdığı problemin kökünü hətta Paşinyanın özündən belə yaxşı bilir. Bu da Ermənistanın baş nazirini mat vəziyyətinə salmaqla nəticələndi. Həmin televiziyanın nüfuzu elədir ki, Paşinyan yalnız Ermənistan ictimai rəyində deyil, eləcə də bütün dünyada rəzil və rüsvay oldu. İstənilən qələbənin qazanılması gərgin əməkdən keçir. Həmin jurnalist bu əziyyəti çəkmişdi. Bununla yanaşı, Ermənistan tərəfinin arqumentsizliyi də burada mühüm rol oynadı. Ermənistan Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində baş verən işğal faktoruna heç cür haqq qazandıra bilməz. Ermənistan ölkə olaraq Azərbaycanın Dağlıq Qarabağdan kənarda olan 7 rayonunu işğal edib. Bu bütün beynəlxalq qətnamələrə, hüquqa ziddir. Paşinyanın yerində kim olsaydı belə, bunun qanunilyini əsaslandıra bilməzdi. Paşinyanın şəxsi göstəriciləri də çox aşağıdır. Hakimiyyətə küçədən gələn bu adam siyasəti diletantcasına bilir. Müsahibənin gedişi zamanı istər onun xarici dili bilmə səviyyəsi, istərsə də suallara verdiyi cavablardakı ritorikadan hiss edildi ki, Paşinyan həmin «dueldən» məğlub ayrıldı. Hakimiyyətə gəldiyi qısa vaxt ərzində onda dəyişən yalnız zahiri görkəmi və varidat əldə etməsi olub. Burada başqa bir detal da üzə çıxdı. Bilirsiniz ki, Paşinyan da jurnalistdi. O, iki jurnalist arasındakı polemikada belə uduzan tərəf oldu. Bununla da sübut etdi ki, heç jurnalist kimi də təcrübə yığa bilməyib. Hazırlıqlı jurnalist olsaydı, ən azından vəziyyətdən çıxış yolu tapa bilərdi. Bilirsiniz, istənilən polemikada arqumentləri doğruya, haqqa söykənən adam qalib olur. Paşinyan yalan danışdığı üçün aqibəti bundan artıq olmamalıydı".
Bu məqam isə Paşinyanın reytinqi üçün növbəti zərbə olacağı labüddür. Çıxış yolu axtarışında görəsən bu rəzillikdən sonra Paşinyan nə edəcək?. Bunu isə zaman göstərəcək. Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, görünür xalqı onu elə gəldiyi küçəyə də atacaqlar. Necə deyərlər, hayla gələn, vayla gedəcək. Artıq bu faktın gerçəkliyi göz önündədir.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB