Venesuala Prezidenti Nikolas Maduro ABŞ-ın siyasi rəhbərliyinin ölkəyə dərman idxalını əngəllədiyini deyib. SİA xəbər verir ki, Prezident ölkəsinə koronavirusa qarşı dərman vasitələrinin idxalının Donald Tramp rəhbərliyi tərəfindən əngəlləndiyini açıqlayıb.
O bildirib ki, Venesuela koronavirusa qarşı dərman almağa çalışdığı halda Tramp rəhbərliyi satışı həyata keçirən şirkətlə telefonla əlaqə saxlayaraq dərman satışını dayandırıb: "Bununla da belə bir zamanda Tramp rəhbərliyi Venesuelaya zülm edir".
O qeyd edib ki, bu məsələdə Donald Trampın köməkçisi Elliot Abramsın xüsusi rolu var.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB