Zaxarova Makronu riyakar adlandırdı İTTİHAM

Zaxarova Makronu riyakar adlandırdı İTTİHAM

Rusiya XİN-nin rəsmi sözcüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Belorusda baş vermiş hadisələrlə bağlı fikirlərinə sərt cavab verib. SİA rus mediasına istinadən xəbər verir ki, fransalı ölkə başçısı sosial şəbəkədə “Avropa İttifaqı öz haqlarını, hüquqlarını, azadlıq və suverenitetliyini dinc yolla nümayiş etdirən yüz minlərlə belorusla birgə mobilizəsini davam etdirməlidir” fikrini yazdıqdan sonra rusiyalı xanım diplomatın cavabı gecikməyib.

“Bəs o nə vaxt “sarı jiletlilərin” öz haqlarını, hüquqlarını, azadlıq və suverenitetlik tələblərini din manifestasiya yolu ilə həll olunması üçün Avropa İttifaqından xahiş edəcək?”. Facebook sosial şəbəkəsində yazan Zaxarova Makronun bu cür yanaşmasını “riyakarlıq olduğu kimi” adlandırıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə