Gürcüstanın Samtsxe-Cavaxetiya regionunun Kulikam adlı erməni kəndinin sakinləri qanuna qarşı çıxıblar. SİA gürcülərin jnews.ge saytına istinadən xəbər verir ki, kəndin erməni sakinləri gənclərin istintaq üçün polisə çağırılmalarına etiraz edirlər.
Saytın məlumatına görə, polis avqustun 16-da 8 avqust tarixində Akalakalakidə baş vermiş qətl və talançılıq cinayəti ilə bağlı erməni gənclərini istintaqa cəlb etmək üçün onlara çağırış vərəqəsi göndərib. Qeyd olunur ki, çağırış vərəqələrini kəndin 15-dən 40-a qədər sakini alıb.
Kulikam kəndinin sakinləri qətlə yetirilən Vard Miranyanın atası ilə mərkəzi meydana toplaşaraq, gəncləri dinc buraxmağı tələb ediblər. Bu isə gürcü polisini təəccübləndirib.
Gürcü saytı yazır ki, avqustun 8-də axşam saat 19:00 radələrində Axalakalakinin mərkəzində mübahisə zəmnində 27 yaşlı Kulikam kənd sakini Vard Miranyan odlu silahdan açılmış atəş nəticəsində öldürülüb. Məhz bundan sonra ərazidə özbaşınalıq yaranıb, ermənilər 4 evi və bir mehmanxananı yandırıblar.
Qətl hadisəsinə görə Artur Qabrielyan saxlanılıb. O, kütləvi talanlarda iştirak etməsi faktına görə də istintaqa cəlb olunub.
Xatırladaq ki, Samtsxe-Cavaxetiya erməniləri yaşadıqları ərazilərini “Cavax” və ya “Kiçik Ermənistan” adlandırırlar və separatçı münasibətləri ilə seçilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB