Filippinin Daxili İşlər naziri Eduardo Anyo yenidən koronavirus infeksiyasına yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə nazir özü açıqlamasında bildirib. 58 yaşlı Anyoda ilk dəfə mart ayında COVID-19 virusu aşkarlanıb. O, müalicə alaraq sağalıb. Bir neçə gün əvvəl səhhətində problem yaranan DİN rəhbəri növbəti dəfə testdən keçib. Onun yenidən infeksiyaya yoluxması müəyyən edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB