“Paşinyan BBC-yə verdiyi müsahibə ilə bütün erməniləri biabır etdi” ÖZƏL-MÜNASİBƏT

“Paşinyan sözün əsil mənasında rəsmi İrəvanı BBC-yə verdiyi müsahibədə biyabır etdi”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Ermənistan baş nazirinin BBC yə verdiyi müsahibəni şərh edərkən deyib.

Partiya sədrinin sözlərinə görə, əslində Paşinyan birmənalı olaraq, bu müsahibəsi ilə Ermənistanın dövlət idarəçiliyi baxımından, eyni zamanda müttəfiqlik baxımından bir mövqelərinin olmadıqlarını ifşa etmiş oldu.
“Müsahibəyə diqqət etsək görərik ki, Paşinyanın hər bir cümləsi daha öncə ifadə etdiyi fikrə tamami ilə ziddir. Amma müsahibədə çox kəskin suallar ortaya qoyulmuşdu. Suallar birmənalı olaraq Paşinyanı dalana dirədi. Hətta BBC əməkdaşı Paşinyanın Dağlıq Qarabağda törədilənlərlə bağlı Azərbaycan qarşısında üzr istəyəcəkmi kimi sualı sözün əsil mənasında Paşinyanı suala cavab verməkdən qaçmağa məcbur etdi. Paşinyanı, hətta ölkədə demokratiya var deyə aləmə car çəkdiyiniz halda, Ermənistanın eks prezidenti Robert Köçəryanın həbsinin demokratik prinsiplərə zidd olduğunu ifadə edən jurnalist qarşısında Paşinyan mat oldu. Digər tərəfdən, Ermənistan ictimaiyyəti arasında yayılan səs yazısında Paşinyanın Xaçaturovun həbsi ilə bağlı mesajın verilməsi iddiası qarşısında da, Paşinyan bu günə kimi Ermənistan rəhbərliyində olan dövlət rəhbərlərindən fərqli olaraq necə Xocalı faciəsini inkar edirsə, eləcə də, bu səs yazısını inkar etməkdən başqa çıxış yolu tapa bilmədi.

Daha sonra ölkədə korona virusla mübarizə çərçivəsində maskadan istifadə etməyən hər kəsə cəza tətbiq edilsə də, tədbirdə sizin bir baş nazir olaraq maskadan istifadə etməməsi kimi jurnalistin qınağı, Paşinyanı əməlli başlı çaşdırdı. Hətta elə çaşdırdı ki, Paşinyan o Dağlıq Qarabağdakı tədbir çərçivəsində elə gərəkdirirdi deyə cavab verdi. Jurnalist isə, Ermənilərin Dağlıq Qarabağa “Arsax” dediklərini diqqəti çəkərək, onun əslində Dağlıq Qarabağ ifadə etməklə onun Azərbaycana məxsus olduğunu etiraf etmək istədiyini sorması və bu sual qarşısında Paşinyanın nə cavab verəcəyi ilə bağlı çətinlik çəkdiyini göstərmiş oldu.

Konkret olaraq, demək olar ki, Paşinyan bu müsahibə ilə əslində Avropa Birliyi və Rusiya arasında ortaq məxrəci qorumaq niyyətində olsa da, özünü və rəsmi İrəvanı biyabır etdi. Hər kəs Paşinyanın siyasətdən uzaq biri olduğunu bilirdi, amma bu müsahibə ilə birmənalı olaraq, Paşinyanın yaddaş tutulması, yəni “Ayzarmerdən” əziyyət çəkdiyini və yalanı gərçək kimi təqdim etmə kimi “Şizofrenik” özəlliyə sahib olduğunu sübut etmiş oldu. Ümumilikdə müsahibədə ortaya qoyulan sərt və qərəzli suallarla Paşinyana qarşı olan mövqe, Qərbin məkirli Ermənistan işğalının fərqinə varmasının göstəricisi kimi dəyərləndirilə bilər”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə