"Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda videokonfrans formatında tədbir keçirilib - YAP Nərimanov

12 avqust tarixində YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə 12 iyul Tovuz döyüşləri və 12 avqust Beynəlxalq Gənclər günü münasibəti ilə "Vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda videokonfrans formatında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin əzmi və siyasi iradəsi ilə dövlətimiz daha da güclənib və bu iqtisadi qüdrət güclü ordu yaratmağa, onu ən müasir silahlarla təchiz etməyə imkan yaradıb.

Bunun daha bir nəticəsi idi ki, iyulun 12-də müxtəlif çaplı silahlarda və artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücum etməsi ilə başlayan Tovuz əməliyyatı altı gün davam etdi və düşmən heç bir uğur qazanmadan yenə əvvəlki mövqelərinə çəkilməyə məcbur edildi.

T.Tağıyev qeyd edib ki, bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. İndi beynəlxalq səviyyədə Azərbaycanla, onun lideri ilə hesablaşırlar və düşmənlərimiz güclü Azərbaycan ordusundan qorxub ehtiyat edirlər. Azərbaycan gəncliyi də fəxr edir ki, belə bir ordunun sıralarında xidmət edir.

Cənab Prezidentin qayğısı ilə Vətən qarşısında borcunu ləyəqətlə yerinə yetirib, ordudan tərxis olunan gənclərin məşqulluğunun təmin edilməsi dövlətin diqqət yetirdiyi sahələrdən biridir. Dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün ölkəmizdə hər zaman daimi tədbirlər həyata keçirildiyini Təşkilat sədri gənclərin diqqətinə çatdırdı. Sonra YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, tarix üzrə fəlsəfə doktoru Aynur Əliyeva, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev, Avrasiya Universitetinin əməkdaşı Kamil Məhəmmədli, YAP Nərimanov rayon Gənclər Birliyinin sədr müavini Faiq Məmmədli çıxış edərək söylədilər ki, Bütün dünyanın COVID-19 virusu ilə mübarizə apardığı bir dönəmdə Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-dən etibarən Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində təxribat törədilməsi, dinc əhalinin və ordumuzun bölmələrinin artilleriya atəşinə tutulması qarşı tərəfin məkrli siyasətinin aydın təzahürüdür. Atəşkəs dövründə düşmənin növbəti hərbi təxribat məqsədli səyləri illərdir dünyaya anlatmağa çalışdığımız erməni təcavüzünün və işğalçı siyasətinin daha bir bariz mənzərəsidir. Həmişə olduğu kimi bu dəfə də Ali Baş Komandan İlham Əliyevin birbaşa nəzarəti və göstərişi ilə Azərbaycan Ordusu nəinki düşmən təxribatının qarşısını aldı, həmçinin sarsıdıcı cavab zərbələri endirərək düşmənin atəş nöqtələrini, çoxsaylı döyüş texnikasını və canlı qüvvələrini məhv etdi. Azərbaycan hökuməti, ordusu və xüsusən xalqın son olaylarla bağlı göstərdiyi həssas reaksiya Ermənistan hakimiyyəti, o cümlədən onlara dəstək verənlərə açıq bir mesaj olduğu vurğulandı.

Həmçinin qeyd olunub ki, bütün Azərbaycan xalqı, o cümlədən gənc nəsil çox yaxşı anlayır ki, yaşadığımız bu Vətən hər birimizindir və bizim üçün şəhid olmaq ən böyük şərəfdir. Azərbaycan gəncliyi böyük bir axınla səfərbərlik idarələrinə müraciət etməsi ilə bir daha Ali Baş komandan, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və Azərbaycan ordusunun yanında olduğunu nümayiş etdirmiş oldu. Bu birlik hər zaman qüvvədə qalaraq öz gücünü qoruyub saxlayacaqdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə