"Ermənistanda koronavirusa yoluxma sayı artıb" Erməni KİV

Avqustun 12-nə olan məlumata görə Ermənistanda koronavirus infeksiyasına yoluxma əvvəlki günlərə nisbətən artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu ölkədə yoluxanların sayı 201 nəfər artıb.

Həmçinin qeyd olunur ki, bu günə olan statistikaya görə Ermənistanda koronavirusa yoluxanların sayı artıq 40 794 nəfərə çatıb. Bildirilir ki, gün ərzində artıq 3 xəstə bu virus səbəbi ilə həyatını itirib.

Məlumata görə hazırda Ermənistanda ölənlərin ümumi sayı 1040 nəfərə çatıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə