Vladimir Qasparyan: “Onlar düşünürlər ki, kiçik əclaflıq edirlər” İTTİHAM

“Tovuzda baş verənləri "aprel müharibəsi", “Şuşanın azad olunması” (dırnaqlar bizimdir-R.R.) və onların (Ermənistan hakimiyyətinin) inqilabları ilə eyniləşdirmək yumşaq desək, ağılsızlıqdır”. SİA xəbər verir ki, bu barədə Para TV-yə müsahibəsində Ermənistann sabiq polis rəisi Vladimir Qasparyan deyib.

Onun sözlərinə görə, bütün tərəflər yaxşı hədəflər barədə danışırlar, lakin sual müəyyən edilmiş vəzifələri icra edənlərə aiddir. “Sual budur ki, onlar normal insanlardır, yoxsa cahil və axmaqdırlar? Bu ölkəni qəpik-quruşa satmaq istəyən insanlar belə düşünürlər ki, kiçik əclaflıq edirlər və bundan ölkəyə heç nə olmayacaq. Lakin belə kiçik əclaflıqlar artır”.

“Mən belə bir siyasi şorbaya girməyə hazırlaşmıram...”

Qsparyan 30 ildə heç bir quruculuq işlərinin aparılmadığını bildirərək, artıq ölkədə baş verənlərdən yorulduğunu bildirib. “Görürəm ki, nifərt, zülm, boş sözlər, kilsəyə hücum aksiyaları, bir şeyi deyib, başqa şeyi etmək artıq ənənəyə çevrilib”, deyə o bildirib. SİTAT: “Mən belə bir siyasi şorbaya girməyə hazırlaşmıram, çünki dövlətçi adamam. Mənim kimi adam yalnız dövlətçiliyə təhlükə yaranarsa ayağa qalxır. Beyrutdan hər kəsi buraya gətirmək konvensiyasından başlayaraq, artıq mən dövlətin birbaşa təhlükəyə girməsi ilə bağlı çox şeyləri görürəm. İnsan əvvəlcə öz evini tikməlidir. Lakin hər şey bu cür diletantlıq səviyyəsinə gəlib-çıxıb. Gənc mütəxəssis özündən böyük və peşəkar dostundan məsləhətlər almalıdır. Cəmiyyəti, xalqı qorxuzmaq olmaz, xalqa qarşı fikir söyləmək yolverilməzdir”.

"Xalq hakimiyyəti dəstəkləməyəcək və hakimiyyət fərarilik edəcək”

Sabiq polis rəisi qeyd edib ki, son iki ildə onu dəfələrlə istintaqa çağırıb, soqğu-sual ediblər. SİTAT: “Ancaq onların özləri də bilirlər ki, səhəvdirlər, mənimlə danışarkən gözlərimə baxmaqdan yayınırlar, işarə edirlər ki, əmr yuxarıdan gəlib. Bəli, sizin yaratdığınız polislə müqayisədə biz müqəddəslərik. İnsanları qorxuzmaq olmaz. İnsanlar artıq telefonla danışmağa belə ehtiyat edir, qorxurlar. Qorxmuş xalq hakimiyyəti dəstəkləməyəcək və hakimiyyət fərarilik edəcək”.

Qsparyan əlavə edib ki, beyinsiz ruh səmərə gətirmir və əksinə, ağılla ruhu birləşdirmək lazımdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə