Paşinyanın oyunlarının bədəli daha ağır olacaq

Prezident İlham Əliyev: “Erməni prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları canidir”

Dəfələrlə deyilib ki, erməni milləti yalan, böhtan deməkdən savayı başqa yol bilmir. Çünki Ermənistana rəhbərlik edənlərin hamısı oğru, quldur, rüşvətxor olub. Azərbaycan Prezident İlham Əliyev bütün beynəlxalq görüşlərdə, müşavirələrdə dəfələrlə faktlarla Ermənistanın prezidentlərinin rüşvətxor, generalları oğru, qəhrəmanları cinayətkar olduğunu deyib: “Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi, prinsipcə, rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir”.

Ölkə başçısının fikrincə, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib: “Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir”.

Bəli, Paşinyandan əvvəl ölkəyə rəhbərlik edən Robert Köçaryan və Serj Sarkisyan korrupsiya içində olublar. Bu gün də Paşinyan bu yolla gedir.

Dahilər bu oğru, quldur, rüşvətxor ermənilər haqqında nə deyir?

Fransız səyyah qraf DE-ŞOLYE: “Mən onlarla heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur”. İngilis səyyahı VİLSON: “Ermənilər acgöz və tamahkardırlar. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və intriqaları sevirlər”.

Şərqşünas alim, mənşəcə İsveçrə yəhudisi ADAM METS xəlifət dövrünün tarix və mədəniyyətini araşdıraraq yazırdı: “Ermənilər ağ adamlardan olan qulların ən pisləridir. Onların hamısının ayaqları əyri, danışdıqları dil isə çox kobuddur. Utanmaq nədi bilməyən ermənilər əsasən oğurluqda məşhurdurlar. Erməni qulu bircə saat işsiz qoysan, daxili aləmi onu pis əməllərə sürükləyər. Dəyənək altına salınanda qorxusundan yaxşı işləyir, işi zəiflikdən yox, tənbəllikdən görmək istəmir, tənbəllikdən zövq alır. Belə olan halda onu ağacla kötəkləmək lazımdır”.

Göründüyü kimi, bütün dünya bilir ki, tarixi saxta olan erməni xalqının taleyi də bu gün belə olmalıdır. Və Ermənistanın iyulun 12-də başlanan Tovuz istiqamətindəki təxribatdan sonra Paşinyan öz xəyanətkar, işğalçı, faşist niyyətli olduğunnu bir daha göstərməklə məğlubiyyətinin tam çılpaqlığı ilə ortaya qoydu. Hətta Ermənistan öz təhlükəsizliyinin qarantı saydığı KTMT Paşinyanın uydurma bəyanatlarına belə reaksiya vermədi. Əslində, KTMT-nin balansı qorumağa istiqamətlənmiş reaksiyası diplomatik dildə Ermənistana deyil, Azərbaycana dəstək mənasında başa düşülməlidir.

Soros Koçaryan və Sarkisyanın başına gətirdiyini Paşinyanın da başına gətirir

Ümidi Qərbə, xüsusilə də Sorosa olan Paşinyan anlamır ki, məqsəd Rusiya ilə İrəvandakı hakimiyyət arasında ciddi problemlər yaratmaqla erməni xalqı üçün faciəvi nəticələr yaradacaq. Və onu da Paşinyan anlamır ki, vaxtilə Koçaryan və Sarkisyan tərəfindən ciddi şəkildə dəstəklənmiş və ölkənin vətəndaş cəmiyyəti sektoruna iri addımlarla ayaq basmış Soros və bir sıra digər Qərb fondlarının dəstəyi ilə küçədən hakimiyyətə gələn Nikol Paşinyan, istər müxalifətdə olarkən, istərsə də baş nazir kürsüsündə əyləşən kimi Rusiyaya qarşı radikal çıxışları və addımları ilə seçildi. Məqsəd nəyin bahasına olursa olsun, aldığı təlimatlar əsasında Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, Ermənistan daxilində rusofob mühit yaratmaq. Bu istiqamətdə Moskvanın himayəsində olan rus biznes kampaniyalarına qarşı siyasi təqiblər, Rusiyaya yaxınlığı ilə seçilən ictimai fəallara, siyasi partiyalara və KİV-ə qarşı ciddi pressinqin şahidi olduq. Bu yerdə bir məqamı da xatırlıtmaq lazımdır ki, bu o Sorosdur ki, hələ SSRİ-nin zəiflədiyi və ciddi böhran keçirdiyi vaxtlarda Moskvaya qarşı ümumdünya erməni diasporu və bölgədəki ermənilərin timsalında mühüm silahından istifadə etmişdi. Və bu gün də Rusiyaya qarşı Qərbin geosiyasi oyunlarında yenidən “erməni kartı” ortaya atılı. Ermənistanın isə Rusiyaya qarşı satqın mövqeyi və Moskvaya xəyanətləri ilə tarixin müxtəlif səhifələrində dəfələrlə şahid olmuşuq.

Ermənistan-Rusiya münasibətləri getdikcə gərginləşir – Yeni qaydalar

Rusiya səfirliyinin xarici televiziya kanallarının ictimai multiplekslərlə yayımlanması ilə bağlı yeni qaydalar haqqında müddəanı özündə əks etdirən, ilk oxunuşda qəbul edilən Ermənistanda audiovizual medianın yayımına dair qanun layihəsinə dair açıqlaması, Ermənistandakı daxili siyasi qarışıqlıq fonunda «səssiz» keçdi.

Yeni qaydaya görə, xarici televiziya şirkəti Ermənistan dövlət multipleksində yayım hüququnu yalnız bununla bağlı dövlətlərarası razılaşma olduqda əldə edə bilər. Başqa sözlə, Amerika və ya Avropa, yaxud Rusiya telekanalları yayımlanırsa, bu yalnız Ermənistan-Amerika və ya Ermənistan-Aİ, yaxud Ermənistan-Rusiya dövlətlərarası sazişi olduqda mümkündür.

Hazırda Rusiyanın "Birinci kanalı", "RTR Planet", "Rusiya Mədəniyyət" və dövlətlərarası "Mir" telekanalı Ermənistanda yayımlanır.

Aram Amatuni: “Rusiya özündən zəif olan hər kəslə, qarşı tərəfin zəif olmadığını görəndə isə dəyişən, özündən güclü olmadığı təqdirdə, ən azı zəif olmadığını düşünən hər kəslə belə davranır”

Erməni siyasi ekspert Aram Amatuni yazır ki, bu, məsələn, Ermənistanda yayımlanan Rusiya dövlət televiziya kanalının, Ermənistanın dövlət maraqlarına, təhlükəsizliyinə, dövlət ləyaqətinə xələl gətirən, məzmuna zidd olan hər hansı bir veriliş yayımlayacağı təqdirdə dövlətlərarası sazişin kobud şəkildə pozulması deməkdir və beləliklə də Ermənistan bu məsələni qaldırmaq üçün qanuni əsaslarla əsaslandırılmış bir hüquqa sahib olacaq: “Rusiya səfirliyi məhz bu yeni tənzimləmə qaydalarına işarə edərək, bunun yeni oyun qaydaları olduğunu vurğulamışdı. Səfirlik qeyd edir ki, Moskva yeni qaydaları müzakirə etməyə hazırdır. Bütün məqam budur ki, eyni zamanda, Ermənistana tanınmış sürücü vəsiqələrinin tarixini xatırladan, kifayət qədər zəif örtülmüş qarla Rusiyada işləyən bir vətəndaşın olmasının «əbədi» problemi xatırladılır. Məsələn, sabah Moskvada qərara gələ bilərlər ki, erməni işçilər divar hörmək, dam bağlamaq və asfalt çəkmək üçün rus dilindən imtahan verməlidirlər. Bütün bunlar kədərli bir şəkildə köhnə və ağrılı şəkildə davam edir. Bütün bunlar kədərli bir şəkildə ifadə edir ki, rus dövlət elitası Ermənistanla hörmətlə davranmağa, normal dövlətlərarası münasibət qurmaqda acizdir, incə təhdid dilindən başqa heç bir dil bilmir. Rusiya özündən zəif olan hər kəslə, qarşı tərəfin zəif olmadığını görəndə isə dəyişən, özündən güclü olmadığı təqdirdə, ən azı zəif olmadığını düşünən hər kəslə belə davranır”.

David Şahnazaryan: “İşğal edilmiş əraziləri Azərbaycana qaytaracaqlar”

Göründüyü kimi, Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, siyasətçi David Şahnazaryan bildirib ki, Artsax Silahlı Qüvvələrinin ərazilərdən (beş rayondan) çıxarılması və ikinci mərhələdə, işləməyəcək bəzi kommunikasiyaların açılması, Azərbaycanın tərkibinə daxil olması istisna olmamaqla Dağlıq Qarabağın hansısa müvəqqəti statusudur və bu əraziləri azərbaycanlılara qaytaracaqlar: «Bu faktı vurğulamaq yerinə düşər ki, Paşinyan hakimiyyətə gələn ilk günlərdə danışıqları əvvəlki hakimiyyətdən qalan nöqtədən davam etdirməyəcəyini dedi, guya o öz nöqtəsindən danışıqlar aparır. Lavrov Paşinyanın həmin «bəndini» üzə çıxardı, bu da bəzi ərazilərin qaytarılması, qalan məsələlərin, o cümlədən Dağlıq Qarabağın statusunun gələcək danışıqlara saxlanılması deməkdir. Ermənistan Xarici İşlər Nazirliyi və ümumilikdə erməni tərəfi reallığı gizlətməkdə, yalan danışmaqda davam edir. Absurd, bir-birinə zidd olan açıqlamalar verilir: Nikol Paşinyan deyir ki, qərar Ermənistanı, Artsaxı və Azərbaycanı qane etməlidir, Zohrab Mnatsakanyan iddia etdi ki, “heç bir danışıq yoxdur”, “bu məsləhətləşmədir”, “masada sənəd yoxdur”.

D.Şahnazaryan onu da vurğulayıb ki, Lavrov tarixən Ermənistan-Rusiya münasibətlərinin ən aşağı səviyyəsini qeyd edib: "Artıq respublika ictimaiyyəti ilə səmimi olmağın, reallığı gizlətməməyin vaxtıdır, hansı ki, baş nazir artıq iki ildən çoxdur ki, məhz bunu edir”.

Andranik Tevanyan: “Ermənistan ən azı 2022-ci ilə qədər böhran vəziyyətində olacaq”

Erməni politoloq Andranik Tevanyan Ermənistanın qarşısında duran əsas çətinlikləri sadalayaraq bildirib ki, “Ermənistan ən azı 2022-ci ilə qədər koronavirus və sosial-iqtisadi baxımdan böhran vəziyyətində olacaq. Ən əsası isə, Ermənistan reallıqda məhvolmalar qarşısında dayanıb”.

Qabil Hüseynli: “Tovuz döyüşləri bir çox üstünlüyümüzlə yanaşı, həm də informasiya cəbhəsində güclü olmağımız idi”

Politoloq Qabil Hüseynli iyulun 12-də Ermənistanın Tovuzda törətdiyi təxribatlar zamanı Azərbaycan işğalçı ölkəyə kifayət qədər tutarlı cavablar verdi və bundan sonra erməni xalqının Paşinyana olan qəzəblərinin daha kritik hal aldığını deyib: “!Ümumiyyətlə, Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər ordusunun gücünə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələdiyini hər zaman sübut edə bilib. Elə son sərhəd təxribatından sonra cərəyan edən proseslər onu deməyə əsas verdi ki, rəsmi İrəvan hərbi, diplomatik və hətta illərlə fəxr etdikləri əsas gücləri olan diaspor müstəvisində də Azərbaycandan geri qalır. Tovuz döyüşləri başqa bir üstünlüyümüzü də sübut etdi. Bu, informasiya cəbhəsində güclü olmağımız idi. Siyasi ekspertlərin fikrincə, regionda əsas söz sahibi olan Azərbaycanla güc dili ilə danışmaq Ermənistan üçün ciddi başağrısına çevrilib. Tovuz hadisələrindən sonra Paşinyanın verdiyi qərar və bəyanatlarda onun “siyasi həyəcanı” aşkar şəkildə hiss olunmağa başladı. İnformasiya müharibəsində üstünlüyün bizim tərəfimizə keçməsi isə erməniləri daha çox narahat etməyə başlayıb”.

Politoloq onu da deyib ki, bütün müharibələrdə və münaqişələrin həllində əsas güc informasiya cəbhəsində gedən savaşın üzərinə düşür: “Çünki sən nə qədər haqq savaşına çıxsan da, informasiya müharibəsində işini düzgün qurmadığın halda dünya ictimaiyyəti sənin ədalətli mövqeyini fərqli rəngdə görəcək. Bu bir danılmaz faktdır ki, illər öncə Ermənistan xaricdəki müəyyən dayaqlarından, lobbi və diaspor gücündən yararlanaraq informasiya müharibəsində bizi xeyli qabaqlayırdı. Amma bu gün vəziyyət xeyli fərqli istiqamətdə dəyişib. Azərbaycan artıq informasiya cəbhəsində aciz görünmür. Artıq biz informasiyanın ötürülməsi, onun ictimai rəyə çevrilməsi, xüsusi ilə də bizə sərf edən informasiyaların beynəlxalq ictimai rəyə çevrilməsi, onun operativ şəkildə beynəlxalq təşkilatlara çatdırılması məsələlərində xeyli fəalıq. Prosesləri xırdalıqlarına qədər analiz etsək, onu da görərik ki, hələlik bu istiqamətdə qarşı tərəfi xeyli geridə qoya bilməmişik. Çünki kobud da səslənsə deyim ki, ermənilər o qədər vicdansız xalqdırlar ki, onlar olmayan hadisələri də düz-qoş edib, ona müxtəlif ideoloji siyasi rəng geyindirərək dünyaya yaya bilirlər”.

Politoloq onu da vurğulayıb ki, Ermənistandan fərqli olaraq bizim mental dəyərlərimiz, milli kimliyimiz, genetik faktorumuz bu kimi iyrənc əməl və düşüncələrdən uzaq olmağımıza səbəb olub. Yəni bu tarixən belə olub ki, ermənilər bütün işlərini yalanlar üzərində qurublar: “Biz isə baş verməyən hadisələri, həqiqətə zərrə qədər də yaxın olmayan “tarixi faktları” dünyaya yaymırıq. Yaxud da ən ağır günlərimizdə, aşkar təxribatlarla üz-üzə qalanda belə dünyadan heç vaxt imdad diləməmişik. Ermənistan, ümumilikdə erməni xalqı hər bir kiçik məsələdən faciə janrında olan böyük hekayətlər düzəldərək beynəlxalq təşkilatlara müraciət edir, müxtəlif qəzetlərə çıxış imkanları tapıb bu «milli faciələrini» nəşr etməyi, humanitar yardımlardan yararlanmağı bacarır. Qısası, bu kimi dilənçilik xisləti ilə olan məsələləri həyata keçirən düşmənlə ədalətli mübarizə aparırıq”.

Paşinyanın bu oyunlarının bədəli daha böyük olacaq

Paşinyan bu reallığı da anlamalıdır ki, artıq “oyun oynamaq» vaxtı deyil. Şübhəsiz, bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur. Məqamı gələndə, Ordumuz öz sözünü deyib, deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək. Paşinyan bu qədər uğursuzluqdan sonra yaxşı olar ki, bu saxta yalanlarından əl çəksin. Çünki nə qədər ki, Paşinyan danışıqların dalana dirənməsinə çalışarsa, o zaman Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində, Günnüt əməliyyatlarında və Tovuz ətrafı təxribatlarda olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Digər tərəfdən düşmən onu da unutmamalıdır ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnika ilə təmini istiqamətində də indinin özündə zəruri addımlar atılır. Və ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...

Beləliklə, bütün bunlar ondan xəbər verir ki, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə