Suriyada hökumətə qarşı nümayişlər təşkil edən etirazçılarla təhlükəsizlik gücləri arasında yaşanan qarşıdurmalar davam edir. SİA-nın məlumatına görə, belə bir məqamda etirazçıların cərgəsinə qoşulan suriyalı bir əsgərin etiraf videosu ölkədə yaşanan dəhşəti daha dəqiq şəkildə ortaya qoyub.
Əsgər videoda onlara "yaşlıları və uşaqları da öldürün" əmri verildiyini və əmrə itaət etməyənlərin başına nələr gəldiyini belə izah edir: "Bizi silahlı qrupların olacağını zənn etdiyimiz yerə apardılar, amma orada bizə bəhs edilən silahlı qrupla qarşılaşmadıq. İnsanlar yalnız azadlıq etirazları edirdilər. Təhlükəsizlik güclərinin qadın, uşaq arasında heç bir fərq qoymadan nümayişçilərə atəş açdığını gördükdə təəccübləndik. Daha sonra hərəkət edən bütün canlı və cansız varlıqlara, hətta yaşlı və uşaqlara belə atəş açmağımız əmr edildi. Nümayişçilərə yaxınlaşdıq, silahlarımızı yerə qoyduq və nümayişçilər bizi qorudu. Əmri verənlər bunu gördükdə bizə də atəş açdılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB