Millət vəkili: “Ulu öndər sözün əsl mənasında çox böyük filosof və dahi psixoloq idi” - MÜSAHİBƏ (SƏS TV)

Millət vəkili: “Ulu öndər sözün əsl mənasında çox böyük filosof və dahi psixoloq idi” - MÜSAHİBƏ (SƏS TV)

Millət vəkili Gülər Əhmədovanın SİA-ya müsahibəsi

- Qarşıdan ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü gəlir. Bu tarixi zaman Azərbaycan dövləti və xalqı üçün nə deməkdir?

- Ümummilli lider Azərbaycanın tarixində bir epoxadır. Unutmaq lazım deyil ki, bu dövrdə ulu öndərin Azərbaycanın bütün təbəqələrindən olan insanların həyatında konkret olaraq böyük rola malik qeyd etmək mümkündür. Bu siyahını kifayət qədər uzatmaq olar. Çünki bu gün Azərbaycan adlı məmləkət, dünya tarixində Azərbaycan adlı müstəqil dövlət varsa, bu birbaşa ulu öndər Heydər Əliyevin adı, onun fəaliyyəti, həyat ilə bağlıdır.

- Necə düşünürsüz ulu öndər Heydər Əliyevin irsi kifayət qədər tədqiq edilirmi?

- Bilirsiniz, ümummilli lider Heydər Əliyevin irsini 20 ildə tədqiq etmək mümkün deyil. Ulu öndərin irsi təkcə Azərbaycanın müstəqilliyə qovuşması ilə bağlı deyil. Biz çox gözəl bilirik ki, ulu öndər sovet dönəmində belə Azərbaycanın gələcəyi ilə bağlı çox mühüm addımlar atıb. Rus dilinin güclü sürətdə dominantlıq etdiyi bir dövrdə Azərbaycan ədəbiyyatının, tarixinin yazılması və Azərbaycan ədəbiyyatının çox parlaq nümunələrinin həyatda qalması, inkişaf etməsi, ədəbiyyatımızın yaradılması, ikinci bir tərəfdən gənc istedadların ölkədən kənarda oxudulması, hərbi məktəbin açılması onun gördüyü işlərdədəndir. Bundan əlavə onun Naxçıvanda fəaliyyəti nəticəsində üçrəngli bayrağın qəbul olunması, İran və Türkiyə ilə əlaqələrin yaradılması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə başlaması və digər bu kimi dəyərli işlər görülüb. Ona görə də, ulu öndərlə bağlı elə məqamlar var ki, onlar öz tədqiqatçısını gözləyir. Güman edirəm ki, ən çox tədqiq olunmayan sahə ulu öndər Heydər Əliyevin fəlsəfi baxışları idi. Çünki ulu öndər sözün əsl mənasında çox böyük filosof və dahi psixoloq idi. Çox çətin bir dönəmdə Azərbaycanda hakimyyətə gəldi. İnsanları bir ideya altında birləşdirmək yalnız dahi psixoloqun işi idi. İnsanları Azərbaycançılıq məfkürəsi ətrafında birləşdirmək çox güclü psixoloji məqamlardır ki, onu yalnız ümummilli lider edə bilərdi. Düşünürəm ki, bu məqamlar tədqiq edilməyib, öz tədqiqatçısını tapmayıb.

- Ulu öndərin varislik prinsipi layiqincə yerinə yetirilirmi?

- Birmənalı şəkildə həyata keçirilir. Düşünürəm ki, Azərbaycanın uğurlu inkişafının əsas məqamlarından biri ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin siyasəti, bir çox sahələrdə möhkəmləndirdiyi təməl daşı ilə bağlı hazırda ölkə başçısı İlham Əliyev tərəfindən atılan addımlar heç nə ilə müqayisə oluna bilməz. Biz ətraf ölkələrdə baş verən hadisələri diqqətlə izləyirik və bu dövlətlərin hansı xarici qüvvələrə boyun əydiyini, onların bir çox hallarda böyük dövlətlər toplusuna çevrildiyini, iqtisadi-siyasi cəhətdən asılı vəziyyətə düşdüyünü görürük. Bu baxımdan tam əminliklə demək olar ki, ulu öndər tərəfindən əsası qoyulan siyasət layiqincə davam etdirilir və bu siyasət çox möhkəm, qüdrətli əllərdədir.

- Ulu öndərlə görüşən, söhbətləşən insanlar onu öz xatirlərində xoş hadisə kimi saxlayırlar. Bəlkə xatirələrinizi bizimlə bölüşəsiniz?

- Mən bu gün siyasətdə, Yeni Azərbaycan Partiyasının sıralarında olmağımda ulu öndər Heydər Əliyevə borcluyam. Güman edirəm ki, həyatım olduqca mən bu borcu müəyyən mənada dövlətçiliyimizə, xalqımıza qaytarmağa çalışacağam. Gənclərin II Forumundan sonra Ulu öndərdən atalıq qayğısı görmüş bir insan kimi bunu heç bir zaman unuda bilməyəcəyəm. Ulu öndər dünyasını dəyişəndə kimi onu özünə lider, kimi ölkə rəhbəri, kimi dost, kimi isə yaxın bir insan kimi qəbul edirdi. Lakin o zaman təsdiqini tapan bir fikrin üzərinə gəldim ki, ulu öndər mənə mənəvi ata olub. Siyasətdə addımlamağım, ictimai həyatda söylədiyim fikirlər, gördüyüm işlər birbaşa olaraq ulu öndərin ideyalarından davam olaraq istifadə etməyimlə bağlıdır. Çünki mən bu gün də hər hans bir addım atarkən hər zaman özümə bu sualı verirəm ki, bu vəziyyətdə ulu öndər olsaydı necə hərəkət edər, hansı addımlar atar, hansı siyasi manevrlərdən istifadə edərdi. Əgər insanın həyatda idealı, örnək götürəcək bir insanı yoxdursa onun üçün çox çətindir. Mən hesab edirəm ki, o xoşbəxt insanların siyahısındayam ki, həyatımda mənə mənəvi atalıq etmiş, lider, böyük kimi yol göstərən bir insan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə