“Bu milli rüsvayçılıqdır” Levon Ter-Petrosyan

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan "Ermənistan tarixi" dərsliklərində Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təqdim etdiyi yeni meyarların müzakirəsi ilə əlaqədar fikirlərini bildirib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, işğalçı ölkənin ilk prezidenti ilur.am saytında öz mövqeyini təqdim edib.

“Bu müzakirədən belə bir təsəvvür yaranır ki, Ermənistan müstəqillik qazandıqdan sonra Sovet əyani-materialist tarixşünaslığının əvəzinə daha əyalətli, son dərəcə təhlükəli olan Aydat tarixşünaslığı ortaya çıxıb.

Erməni tarixşünaslığı belə bir aşağı səviyyəyə enib, amma enməyə haqqı yoxdur. Əslində, bu enmə o demək deyil ki, saxtalaşdırmalara da müraciət etməliyik. Daha aşağılayıcı deqradasiyanı təsəvvür etmək mümkün deyil.
Mən daha sərt sözlər işlətmək istəmirəm, amma bu, milli rüsvayçılıqdan başqa bir şey deyil. Ermənistan xalqının 2500 il əvvəldən dövlətçiliyə sahib olması barədə nə şanlı tarixi, nə bu sözlərə layiq heç nə yoxdur”, deyə Levon Ter-Petrosyan qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...