“Qan ver-Yaşat”

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı şəhər Baş Səhiyyə İdarəsinin birgə təşkilatçılığı ilə talessimiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün "Qan ver-Yaşat" devizi altında qanvermə aksiyası keçirilib.


SİA-nın xəbərinə görə, aksiyada Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Rayon gənclər və idman idarələri, Bakı şəhər Baş Səhiyyə İdarəsi, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, qeyri-hökumət təşkilatları, Tələbə Gənclər Təşkilatları, İctimai Birliklər, Azərbaycan Texniki Universiteti və başqa təşkilatları təmsil edən 200 nəfər gənc iştirak edib.


BŞGİBİ-nin rəhbəri R.Abbasov bildirib ki, aksiyada gənclərin fəal iştirakı çox sevindiricidir. Qanvermə aksiyasının keçirilməsində məqsəd gənclər arasında bu xəstəliyə diqqətin artirilması, xəstəliyin qarşısının alınmasında ıştirak etmək, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara az da olsa donor qanla köməklik göstərməkdir.


Artıq 4-cü ildir ki, BŞGİBİ tərəfindən qanvermə aksiyası keçirilir.
Qanvermə aksiyasında iştirak edənlər üçün şirniyyat süfrəsi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə