Corc Sorosun unudulmuş müsahibəsi - REALLIQ

ABŞ milyarderi Corc Sorosun mənəviyyatsızlığı, müharibə vaxtı yəhudilərin mal-mülkünü əllərindən alınmasında fəal iştirakını günah saymaması onun necə qeyri-insani xüsusiyyətlərə malik olduğunu göstərir. Buna görə də bu gün Sororun Ermənistana təyin etdirdiyi hakimiyyətin də mənəviyyatsız, vandal və vəhşi davranışında təəccüblü nə isə axtarmaq əbəsdir. SİA Corc Sorosun "Unudulmuş müsahibə"sini təqdim edir:

- Son iki ildə sizi İndoneziya, Malayziya, Tailand və Yaponiyada baş verən maliyyə böhranlarında ittiham edirlər..
- Və Rusiyada...

- Yuxarıda adlarını çəkdiyimiz ölkələrdə sizin nə qədər təsir imkanlarınız var?
- Məni nədə ittiham etmirlər? Əslində mən pul qazanıram. Mən bunun nəticələrinə baxmıram və baxmayacağam. Mən səhvsiz addım atmaq istəyirəm, ancaq bəzən mənim addımlarımın, Rusiyada olduğu kimi, neqativ nəticələri də olur. Mən bazarın oyunçusu kimi rəqabət aparmalıyam ki, qələbə qazanım. Mən insan olaraq yaşadığım cəmiyyət üçün çox narahatam.

- Mən indi hansı Corc Sorosla söhbət edirəm, mənəviyyatlı, yoxsa mənəviyyatsız?
- Mənəviyyatsız addımlar atıram və bəzən mənəviyyatlı da oluram. Bunu mən də etsəm, başqası da etsə nəticə eynidir. Mən özümü günahkar saymıram, çünki mən özündə heç bir günahı hiss etməyən mənəviyyatsız olmağa məhkum olunmuşam.

- Siz macarıstanlı yəhudisiniz və özünüzü xristian kimi qələmə verib Xolokost qırğınından qaçmısınız.
- Düzdür.

- O da düzdür ki, sizin xristian olduğunuzu hər kəsə and içərək bəyan edən himayəçinizlə birlidə yəhudilərin mülkünün ələ keçirilməsində işrirak etmisiniz?
- Elədir ki, var

- Bu, çətin deyildi ki?
- Yox, əsla yox.

- Heç bir günahkarlıq hissi yox idi?
- Yox. İronik səslənsə də, bu da bazar kimi bir şey idi. Mən orada olmasa idim belə, bu hadisələr baş verəcəkdi. Vacib deyil ki, mən orada idim, ya yox. Yəhudilərin mal-mülkünün müsadirə olunmasında birbaşa iştirak etmədiyim üçün günah işlətdiyimi də düşünmürəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...