“Ermənistan rəhbərliyi nəticə çıxarmalıdır” ÖZƏL-ŞƏRH

Mənə elə gəlir ki, Ermənistan dövlətinə rəhbərlik edən şəxslərin ağılları, uzaqgörənliyi, strategiyası yerindədirsə, onlar Cənab Prezidentin bu son xəbərdarlığından nəticə çıxarmalıdırlar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, Cənab Prezident açıq-aşkar növbəti dəfə, özü də tam qətiyyətlə bəyan elədi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Dağlıq Qarabağdakı insanlar Azərbaycan vətəndaşıdırlar, Dağlıq Qarabağdakı Ermənistan qoşunları işğalçıdır, Ermənistanın Dağlıq Qarabağ və ətrafında mövcudluğu işğal faktıdır və əgər Ermənistan doğrudan da normal sülh danışıqları aparmaq istəyirsə, tək bir şərtimiz var, işğal altındakı torpaqlardan çəkilib getməlidirlər.

“Ermənistan dövlətinə rəhbərlik edənlər uzaqgörən olsalar Cənab Prezidentin bəyan etdiklərindən öz nəticələrini çıxarmalıdırlar və erməni xalqını nəhayət ki, onlar üçün arzuolunmaz bəladan xilas etməlidirlər. Bəzən kənardan baxanda elə görünür ki, bu işğal faktından daha çox əziyyət çəkən Azərbaycandır. Çünki, torpaqlarımız işğal olunub. Amma əslinə qalanda işğalçı tərəf bizdən daha çox əziyyət çəkir. Ona görə ki, Dağlıq Qarabağ Ermənistan kimi zəif bir dövlətin çiyinləri üçün çox ağır yükdür. Ermənistan özü bir çırtdan dövlətdir, iqtisadiyyatı gözəgəlimli bir şey deyildir, müstəqilliyi yalnız kağız üzərindədir, başqa dövlətlərdən asılıdır, ələbaxımdır və təbiidir ki, belə bir dövlətin başqa bir dövlətin torpağını da işğal edib saxlaması da çətin məsələdir. Üstəlik, bu işğal faktı Ermənistanın blokadaya alınmasın da səbəb olubsa, yəni Türkiyə və Azərbaycan uzun illərdir blokadada saxlayır. Bundan da əziyyət çəkən kimdir, sadə ermənilər. Yəni bir parça çörəyinin hayında olan ermənilər. Bax erməni dövlətinə rəhbərlik edənlərin uzaqgörənliyi olsa onlar nəhayət ki, erməniləri bu bəladan qurtararlar. Yəni nə edərlər? Azərbaycanın işğal altındakı torpaqlarından çəkilib gedər, Azərbaycanla və Türkiyə ilə normal qonşuluq münasibətləri qurar, ondan sonra siz görün Ermənistan necə inkişaf edə bilər. Bunlar bunu, bilirlər, anlayırlar, lakin göründüyü kimi heç bir addım atmırlar. Niyə ata bilmirlər? Birinci şərt odur ki, bu erməni xislətidir. Yəni, sayları dünyada az olsa da bütün dünya az qala bunların imiş, ən qədim xalq imiş və sairə. İkinci bir tərəfdən də bunların ipinin ucu öz əllərində deyil. Əslinə qalanda elə türkiyədə də, Rusiyada da, Avropada, ABŞ-da da hər kəs bizimlə də söhbətlərdə, siyasi dairələrdə açıq şəkildə deyir ki, Azərbaycan bir günün içərisində nəinki Qarabağı işğaldan azad edər, gedib Yerevanda oturar. Çünki, azərbaycanın iqtisadi gücü, ordu gücü, ümumiyyətlə Azərbaycanın insan resursları Ermənistanı qat-qat üstələyir. Əlavə olaraq bizə rəsmən açıq şəkildə hər zaman dəstək vermək istəyən, buna hazır olan dövlətlər var. Biri türkiyədir ki, bu günlərdə Azərbaycanda birgə təlimlər keçirlər. İkincisi Pakistandır və hətta en qədər başqa dövlətlər var ki, açıq şəkildə Azərbaycanın tərəfində Ermənistana qarşı vuruşmağa hazırdırlar. Yəni, belə olan şəraitdə mən düşünürəm ki, Ermənistan rəhbərliyi Cənab Prezident İlham Əliyevin fikirlərindən nəhayət ki, nəticə çıxarmalıdır”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...