“Ermənistan mesajlardan nəticə çıxarmalıdır” ÖZƏL-MÜNASİBƏT

"İyulun 29-dan başlayaraq ölkəmizdə Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlərinin məhz Ermənistanın 12-17 iyul Tovuz təxribarından sonra başlaması və bu təlimlərin tək bir istiqamətdə deyil, demək olar ki, bütün Azərbaycan ərazisində keçirilməsi Ermənistana və öz oyunlarını Ermənistan üzərindən həyata keçirmək niyyətində olan qüvvələrə ciddi mesaj oldu". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Alyansın sədri qeyd edib ki, Türkiyənin bu addımı 100 il bundan öncə, 1918-ci ildə yeni müstəqillik əldə etmiş Azərbaycanının dövlətçiliyinin xilası, qorunması istiqamətində Nuru Paşanın rəhbərliyi ilə türk ordusunun bütün Azərbaycan ərasisində ermənilərə veridiyi dərsi bir daha onlara xatırlatmış oldu və Ermənistanda inanılmaz təlaş yaratdı.

“Erməni mediasinda belə bir başlıqlı yazı diqqəti cəlb edir, “Türkiyə Ermənistanda ermənilərsiz yaşamaq istəyir”. Digər sülh və döyüşlərə son qoymaq çağırışları altında yazılar dərc etməkdədirlər. Ermənistan siyasi dairələrində də mövcud tələş gözləniləndir. Türkiyənin global təhlükəsizlik naminə apardığı hərbi əməliyyatlar dünyanın güc dövlətləri, o cümlədən ABŞ və Avropa ölkələri tərəfindən təqdir edilib. Dünya hərb siyasətində Türkiyənin mövqeyi birmənalı sülhün və təhlükəsizliyin qarantı olaraq qəbul olunur. Ermənistan son günlər aldığı mesajlardan ciddi nəticə çıxarmalıdır. Bilməlidir ki, yürütdüyü siyasət Ermənistanı məhv olmağa sürükləyir. Zaman Ermənistanın əleyhinə işləyir", deyə Nüşabə Məmmədova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...