"Prezidentimiz hər an insanların yanındadır" ÖZƏL-MÜNASİBƏT

"Prezidentimiz hər an insanların yanındadır" ÖZƏL-MÜNASİBƏT

"Bir neçə gün bundan əvvəl BMT-nin "Dayanıqlı inkişaf indeksi " ilə bağlı sonuncu hesabatı dünya ictimaiyyətinə təqdim edildi. 166 ölkəni əhatə edən monitorinqin nəticələrində Azərbaycan ötən illərlə müqayisədə xeyli irəliləyərək, 54 -cü yerdə qərarlaşıb. Davamlı inkişafın parametrləri əsasında hazırlanan bu göstəriciyə görə, ölkəmiz böyük coğrafiyanı əhatə edən regionun lideridir. Biz BMT - nin indeksində bütün qonşularımızı geridə qoymuşuq. Söz yox ki, Azərbaycan belə inkişaf səviyyəsinə asanlıqla qalxmayıb. Mən bunu Prezident İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın gərgin əməyi, məqsədyönlü fəaliyyətlərinin nəticəsi kimi qiymətləndirirəm". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, yaşadığımız 2020 -ci il çox çətin ildir: "Bir tərəfdən COVİD-19-la mübarizə, digər tərəfdən Tovuzla sərhəddə erməni təxribatlarına qarşı cavab tədbirləri dövlətimizin fəaliyyətində prioritet olsa da, ölkəmizin dayanıqlı inkişafına yönəlik proqramların icrası, görülən işlərə nəzarət Prezidentin diqqətindən bir an olsa belə, kənarda qalmır. Ölkə rəhbərinin dövlət həyatının ən müxtəlif məsələləri ilə əlaqədar mütəmadi videokonfransların, videomüşavirələrin keçirməsi, vaxtaşırı rayonlarımıza, bölgələrimizə səfər etməsi, həyata keçirilən işlərlə yerində tanış olması,göstərişlər verməsi buna əyani misaldır. Ekstremal şərait, epidemioloji vəziyyətdə Prezidentimiz hər an insanların yanındadır, gərgin iş rejimində çalışmaqdadır.

İyulun 29 -da İlham Əliyev yenidən bir çox rayonlara baş çəkdi. Səfər çərçivəsində ölkə başçısı regionlarımızda çoxlu sayda sosial obyektlərin, tibb müəssisələrinin açılışında, infrastruktur layihələrinin istifadəyə verilməsində iştirak etmişdir. Qobustanda, İsmayıllıda modul tipli xəstəxanaların koronaviruslu pasiyentlərin müalicəsi üçün istifadəyə verilməsi, Balakəndə regional "ASAN xidmət" mərkəzinin, Uşaq incəsənət məktəbinin yeni binasının, "Azərişıq" ASC Balakən Avtomatik idarəetmə və nəzarət mərkəzinin,yenidən qurulan Balakən Qarabinə-İtitala avtomobil yolunun açılışı indiki pandemiya dönəmində həyata keçirilən çoxsaylı vacib layihələrin kiçik bir hissəsidir. Prezident həmçinin bir çox inşası vacib olan yeni obyektlərin təməlqoyma mərasimində də iştirak etmişdir. Bütün bu gərgin fəaliyyətin hədəfi - insanlarımızın daha yaxşı yaşaması, ölkəmizin daha güclü olmasıdır!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə