Gürcüstanın Leyboristlər partiyası: “Gürcüstan iqtidarı və Metyu Brayza Azərbaycanda dövlət çevrilişi etmək istəyir”

Gürcüstanın Leyboristlər partiyası: “Gürcüstan iqtidarı və Metyu Brayza Azərbaycanda dövlət çevrilişi etmək istəyir”

Gürcüstanın Leyboristlər partiyası iddia edir ki, Gürcüstan hakimiyyəti ilə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycanda dövlət çevrilişi etmək istəyir. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Gürcüstan mətbuatı yayıb. Belə ki, partiyanın baş katibi Soso Şatberaşvili keçirdiyi mətbuat konfransında bu barədə məlumatın bir çox xarici KİV-lərdə də yer aldığını bəyan edib: "Nəzərinizə çatdırım ki, artıq bir çox xarici mətbu orqanlarında Gürcüstan prezidenti Saakaşvili başda olmaqla rəsmi Tiflisin Azərbaycanda rəngli inqilab etmək istəyi ilə bağlı xəbərlər yer alıb".

 

Leybaristlər həmçinin rəngli inqilabın həyata keçirilməsində ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın da əli olduğunu vurğulayıblar: "Gürcüstan iqtidarının "Dayısı", Qafqazda bir sıra partlayışların səbəbkarı Metyu Brayza Gürcüstana son səfəri zamanı əsas bu məsələni müzakirə edib. Fikrimizcə, rəsmi Bakı bu istiqamətdə ciddi addım atmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə