Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov SİA-ya verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə, general-mayor Yaşar Əliyev Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək, DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Nazirin digər əmri ilə DİN Çevik Polis Alayının komandiri, polis polkovniki Səhlab Bağırov tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

 

Xatırladaq ki, bu ilin fevral ayında prezident İlham Əliyev Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovu tutduğu vəzifədən azad edib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə