“Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən Ermənistan narahatdır” David Tonoyan

“Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən Ermənistan narahatdır” David Tonoyan

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Conatan Lakotanı qəbul edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın aktual problemləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Məlumata görə, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, qüvvələrin təmas xəttini təqdim edən Müdafiə naziri gərginliyin azaldılması və davam etməsi məsələsində Rusiya Federasiyasının, ABŞ-ın, xüsusən də Fransanın, ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolunun vacibliyini qeyd edib.

David Tonoyan ortaq Türkiyə-Azərbaycan təlimlərinə toxunaraq qeyd edib ki, hərbi baxımdan onların taktiki xarakteri narahatlıq yaratmaya bilər, amma təlimlərin Ermənistan Respublikasının sərhədləri, müdafiə strukturları və digər infrastrukturlara yaxın ərazilərdə keçirilməsindən, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən Ermənistan narahatdır.

Müdafiə naziri Ermənistan tərəfinin təlimlərin gedişatını və gələcək inkişaflarını yaxından izləyəcəklərini vurğuladı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə