Artıq faktlarla sübuta yetirilməkdədir ki, xaricdəki “söyüş müxalifəti”nin Azərbaycandakı kuratoru AXCP sədri Əli Kərimlidir. Sual yaranır, mövcud faktlar ortada olduğu halda, AXPC-yə və onun sədri Əli Kərimliyə qarşı hüquqi tədbirlərin görülməsinə nə mane olur? “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Əli Kərimlinin anti-Azərbaycan fəaliyyəti coxdan hər kəsə bəllidir: “Əvvəllər düşünmək olardı ki, gəncdi, hələ müxalifətçiliyin kimə qarşı yönləndirilməsini yaxşı bilmir. Ona görə hakimiyyətlə dövləti qarışıq salır. Ancaq artıq 25 ildən çox müxalifətçilik edən bir adam haqqında belə düşünmək mümkün deyil. Deməli, o bilərəkdən, qəsdən Azərbaycanın milli və dövlətçilik maraqlarına zərər vuran hərəkətlərə yol verir ki, bu da quvvədə olan qanunvericiliklə cinayət məsuliyyəti yaradır. Üstəgəl, bu adam özü ilə yanaşı, çoxsaylı insanları, Azərbaycan vətəndaşlarını da bu çirkin əməllərə cəlb edib ki, bu da, xüsusilə, ağırlaşdırıcı məsuliyyət yaradır. Məncə, Əli Kərimliyə qarşı hüquqi tədbirlərə start verilməsinin vaxtı çoxdan çatıb. Milli və dövlətçilik məsələlərində humanistlik sonda ölkəni ağır problemlərlə üz- üzə qoya bilər. Odur ki, zənnimcə, hüquq-mühafizə orqanları gecikmədən onun məsuliyyətə cəlb olunması ilə bağlı işləmlərə başlamalıdırlar”.
T.Novruzov onu da bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər: “Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Təəccüblü məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə onların faciəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB