"Müxtəlif kanallarla səylərimizi daha da gücləndirməliyik" ÖZƏL-MÖVQE

"Müxtəlif kanallarla səylərimizi daha da gücləndirməliyik" ÖZƏL-MÖVQE

"Son günlər dünyanın ayrı-ayrı ölkələrində baş verən hadisələr ermənilərin faşist mahiyyətini bir daha açıb ortaya qoydu. Adətən, ermənilər dünyaya haray çəkirdilər ki, azərbaycanlılarla yaşamaq mümkün deyil, guya onlarla aqressiv davranırlar. Əslində, baş verənlər bir daha göstərdi ki, ermənilərin özləri aqressiv və vandalizmə meyilli xalqdırlar. Məhz xaricdəki fəal gənclərimizin aksiyalarında onların davranışları bunu bir daha sübut etdi. ABŞ-da olan məlum olay ermənilərin hansı psixologiya və təfəkkürlə yaşadıqlarını da nümayiş etdirdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, eyni zamanda, Azərbaycanın diplomatik uğurlarının artdığını hər kəs görmüş oldu: "Çünki son yaşananlar onu göstərdi ki, diasporamız ermənilərə qarşı daha artıq müqavimət göstərə bildi. Dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan xalqı sülhpərvər, ermənilər isə aqressiv və vəhşi bir toplumdur. Ermənilərin barbarcasına təşkil etdikləri aksiyalarda üzərində “Asala” terror təşkilatının adı yazılmış köynəklər geyinməsi onların terror, vandalizmə nə qədər sadiq olduqlarını göstərdi.

Gördüyünüz kimi, azərbaycanlılar sakit, dinc mitinqlər təşkil edirlər. Ermənilər isə bizim fəalların, tərəfdaşlarımızın aksiyasına aqressiya ilə yanaşır, kut alətlərlə hücumlar təşkil edirlər. Eyni zamanda, ermənilər azərbaycanlıların belə bir fəal mübarizə formasında meydana çıxacaqlarını gözləmirdilər. Azərbaycanlıların vahid birlik nümayiş etdirməsi, sözsüz ki, düşməni ciddi narahat etməyə başladı. Baş verənlərdən istifadə edərək erməni vəhşiliyini biz, məhz bu kontekstdən bütün dünyaya bəyan etməliyik. Onların həm Dağlıq Qarabağda, Xocalıda insanlara, dinc əhaliyə qarşı misli görünməyən soyqırım və insanlıq əleyhinə cinayətlər törətdiyini bütün dünyaya bir daha bəyan etməliyik.

Ermənilər son hadisələrdə öz vəhşilikləri ilə onların həqiqi mahiyyətini ifşa etmək üçün bizə xeyli yeni fakt verdilər. Müxtəlif kanallarla erməni yalanlarının ifşası, təxribatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərimizi daha da gücləndirməliyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə